!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın yeni BLEFİ: “İndi də 2020-ci il müharibəsi ərəfəsindəki vəziyyət yaranıb”

!Reklam – Yazi

“İrəvanın bu xəbərdarlığı nəzərə aldığını və öz vətəndaşlarını Qarabağdan geri qaytarmağa başladığını söyləyə bilərik”.

Bu fikirləri Ermənistanın Qarabağa göndərdiyi əsggərləri tərxis müddət başa çatmadan geri qaytarmaq qərarını şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.Polkovnikin sözlərinə görə, Ermənistan öz vətəndaşları olan əsgərləri geri qaytarmağa başlasa da, onların muzdla yenidən Qarabağda xidmət etmələri istisna deyil:

“Əslində, mən Ermənistanın bu davranışını Azərbaycan Prezidentinin sonuncu müşavirədə səsləndirdiyi qəti xəbərdarlıqla əlaqələndirərdim. Cənab prezident həmin müşavirədə bildirmişdi ki, Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə mövcud olan qanunsuz erməni hərbi birlikləri tərk-silah edilməsə və oradan çıxarılmasa, Azərbaycan qəti addımlar atacaq.

O baxımdan, İrəvanın bu xəbərdarlığı nəzərə aldığını və öz vətəndaşlarını Qarabağdan geri qaytarmağa başladığını söyləyə bilərik. Digər tərəfdən, qanunsuz olaraq Qarabağa hərbi xidmətə göndərilən ermənilərin valideynlərinin övladlarının geri qaytarılmasına dair davamlı tələbləri də burada müəyyən rol oynayır.

Bəli, Ermənistan öz vətəndaşları olan əsgərləri geri qaytarmağa başlasa da, onların muzdla yenidən Qarabağda xidmət etmələri istisna deyil. Bu isə artıq Rusiya sülhməramlı kontingentinin öz vəzifəsinin öhdəsindən necə gəlməsinin göstəricisi olacaq.

Belə olduqda, iki variant gündəmə gəlir: Ya Rusiya sülhməramlıları üçtərəfli bəyanat əsasında ermənilərin qanunsuz hərbi birliklərinin tərk-silah edilməsinə və onların oradan çıxarılmasına real cəhd göstərməlidir, ya da ki bu işi Azərbaycanın özü antiterror əməliyyatı formasında həyata keçirməlidir.

Xatırlatmaq istərdim ki, 2020-ci il sentyabrın 27-dən öncə də Azərbaycan Prezidenti Ermənistana dəfələrlə xəbərdarlıq edərək hərbi təxribatlara son qoyulması tələbini irəli sürmüşdü. Məncə, indi də buna bənzər vəziyyət yaranıb və Ermənistan aldığı dərsdən, nəhayət, dərs çıxarmalıdır. Əks halda, Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaması qaçılmaz olacaq”.

A.Zeynalov

www.yenicag.az

833
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv