Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermitaj Azərbaycan muzeyi ilə əməkdaşlıq edəcək

Ermitaj Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Yenicag.az xəbər verir ki, ilk birgə aksiya noyabr ayında Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu zamanı açılacaq xalça sərgisi olacaq.

2020-ci ildə Azərbaycan forumun qonaq ölkəsidir.

Saziş çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Ermitajın qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının müdiri İqor Malkielin koordinatoru olacağı “Pazırıq xalçası” layihəsi nəzərdə tutulur. Bu laboratoriyada görmə qabiliyyəti zəif olanlar üçün əl işlərinin irihəcmli modellərinin yaradılması üçün metod işlənib hazırlanıb. Bu sərgidə dünyanın ən qədim, e.ə. IV-III əsrlərə aid edilən xalçasına məhz bu metodla da baxmaq olacaq.

Azərbaycan Milli Xalça Muzeyində unudulmuş xalçaçılıq texnologiyasını bərpa edən tədqiqat mərkəzi var. Toxucular görmə qabiliyyəti zəif olan insanlar üçün Pazırıq xalçasının fraqmentlərinin irihəcmli nüsxələrini yaratmaq məqəsdilə Ermitajın metodologiyasını və öz bacarıqlarını birləşdirəcəklər. Bu həm də hər kəsin köhnə ustaların əməyini daha yaxşı qiymətləndirməsinə imkan verəcək./Report/

www.yenicag.az

446
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100