Reklam: High Technic
hightechnic

Evdən 31000 manatlıq qızıl oğurlanıb - Gəncədə

Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və mayın 17-də evdəki seyfdən qapını sındırmaq yolu ilə 31000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarışı, Gəncə Şəhər Baş Polis və Kəpəz Rayon Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

www.yenicag.az

860