!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evinin pəncərəsinin altında maşın saxlayanları güllələdi - 3 ölü

!Reklam – Yazi

Avtomobil park yeri uğrunda mübahisə 3 nəfərin qətli ilə başa çatıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İtaliyanın cənubunda baş verib. 56 yaşlı Robert Pappada evinin pəncərəsinin altında maşın saxlayan qonşularını küçədə güllələyib.

Məlumata görə, qonşular arasında park yeri uğrunda bundan öncə də dəfələrlə mübahisə düşüb. Lakin bu dəfə Pappada 36 yaşlı qonşusunu güllələyib. O daha sonra həmin qonşusunun qohumlarını gözləyib və onlara da atəş açıb.

Nəticədə daha 2 nəfər ölüb, qonşunun anası isə xəstəxanaya çatdırılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilir.

Hazırda Pappada qəsdən adam öldürmək və qanunsuz silah saxlamaqda ittiham olunur.

www.yenicag.az

20188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv