Evlənənlərin sayı azalıb, boşananların sayı artıb – Azərbaycanda – Yenicag.Az

Reklam

Reklam

Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı artıb.

Yenicag.az xəbər verir ki, 2017-ci ildə Azərbaycanda 62 923 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir. 2013-cü ildə Azərbaycanda 86 852, 2014-cü ildə 84 912, 2015-ci ildə 68 773, 2016-cı ildə isə 66 771 nəfər nikah bağlayıb.

Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2013-cü ildə 9.3, 2014-cü ildə 9, 2015-ci ildə 7.2, 2016-cı ildə 6.9, 2017-ci ildə 6.5 olub.

Boşanmaların sayına gəldikdə, 2013-cü ildə ölkədə 11 730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514 nəfər boşanıb.

Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2013, 2014 və 2015-ci ildə 1.3, 2016-cı ildə 1.4, 2017-ci ildə isə 1,5 olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 547
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."