!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Evli kişilərdən sevgi təklifləri alan aktrisa: “Onun məşuqəsi olmaqdansa…” – FOTOLAR

!Reklam – Yazi

Gənc aktrisa Rada Nəsibovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Bu gün subaylardan çox evli kişilərin xanımlara eşq elan etməsi sanki dəb halını alıb. Sənə belə etiraflar çox olur?

– O qədər… Evli ola-ola mənə sevgi elan edən kişiləri heç cür qəbul etmirəm.

– Yəni eşq elan edənlərin hamısı ailəlidir?

– Çoxu evlidir. Bir də görürsən təəssüflə yazırlar ki, kaş səni illər öncə tanıyaydım. Biri yazır ki, səndən xoşum gəlir, amma ailəm, uşağım var. Belə sevgi etirafları o qədər olur ki, özüm də bezirəm.

– Bəs nə cavab verirsən?

– Deyirəm, indi mən günahkar deyiləm ki, əvvəllər sizin rastınıza çıxmamışam. (gülür) İndi olmadı da, neyləyək. Bu da yəqin bir qismətdir. Siz hələ bir qadını xoşbəxt edin, onu yarıyolda qoymayın, yetər.

– Yəni evli insanla sevgi yaşamazsan?

– Yox. Evli kişinin məşuqəsi olmaqdansa, tək yaşamağa üstünlük verərəm. Çünki həmin kişinin qadını ilə də münasibətlərinə xələl gələ bilər. Həm də niyə hansı kişinin həyatında ikinci olmalıyam? Elə birinci olaram da.

– Amma deyirlər, “sevginin gözü kor olur”…

– O da düzdür. Allah başıma gətirməsin, insan sevəndə o böyük sevginin qarşısında aciz olur. Amma bunu özümə arzulamıram. Çünki bu sevgi qadına xoşbəxtlik gətirmir. Biləndə ki, o kişinin yarısı sənə, yarısı xanımına məxsusdur, tam xoşbəxt ola bilmirsən. Başqa qadının ərindən olan uşağını gizlətməyə məcbursan. Bu yaxınlarda bir sevgi etirafı oldu. Yazdım ki, qadınına dəyər verməyən kişi başqa bir qadına necə dəyər verə bilər axı.

– Əks cinsdə hansı xüsusiyyətlərə üstünlük verirsən?

– Təmizliyə üstünlük verirəm. Kişinin səliqə-səhmanlı, zövqlü olması mənim üçün çox əhəmiyyət daşıyır.

– Hansı xüsusiyyətinə görə o oğlandan uzaqlaşardın?

– Yalana görə. Hərçənd oğlanlar yalanlarını üzə vurmayan qadınları daha çox bəyənirlər. Onlar bağışlayan, özünü görməməzliyə vuran qadınları sevirlər. Elə şeylər var bağışlamaq olar, amma elə şeylər də var ki bağışlamaram.

– Məsələn, nəyi?

– Xəyanəti. Bunu qadın üçün təhqir hesab edirəm. İnanmıram ki, hansısa qadın xəyanəti bağışlasın.

– Hərdən fikirləşmirsən ki, vaxt keçir, ailə qurmaq vaxtıdır?

– Bu, qismətə bağlıdır. Həyat istədiyimiz kimi davam etmir. Hər bir qadının arzusudur ki, mükəmməl ailəsi olsun.

– Sənət adamlarının çoxu şəxsi həyatını səhnəyə qurban verir, sonra da peşmançılıq hissi yaşayırlar. Sən necə düşünürsən?

– Mən əvvəllər düşünürdüm ki, kiməsə görə sənəti qurban verərəm. Amma indi düşünürəm ki, buna heç kəs dəyməz.  Çünki kim mənə görə nəyisə qurban verdi ki, mən də kiməsə görə nəyisə qurban verim?!

Cəvahir
Foto: Cəmalə

www.yenicag.az

5274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv