Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Facebook”da “Instagram”ın bu funksiyası test edilir

Facebook özündə “Məşhur fotolar” bölməsi yaradaraq Instagram-ın bəzi elementlərini kopyalamağı qərara alıb.

Yenicag.az technote-yə istinadən xəbər verir ki, məşhur fotolar bölməsi dostlardan və izlənən səhifələrdən olan yeni fotoların əks olunduqları sonsuz xəbər lentidir.

Məşhur fotolar bölməsi adi xəbər lentindən fərqli olaraq əsas səhifəni daha rahat şəkildə izləməyə imkan verir.

Nəticədə hansısa linkə daxil olmağa ehtiyac yoxdur və həmçinin istifadəçi hansısa kontenti digəri ilə səhv salmır. Belə ki, bundan sonra istifadəçi sadəcə olaraq onu maraqlandıran fotolara baxa biləcək. Hal hazırda Facebook tətbiqinin interfeysi Snapchat, TikTok və Instagram-dan fərqli olaraq daha ağır görünür. Bu səbəbdən istifadəçi hər dəfə hansısa paylaşıma daxil olmaq üçün bir qədər əziyyət çəkməlidir. Yuxarıda sadalanmış servislərdə isə sadəcə olaraq sadə swype sistemi reallaşdırılıb. Bu yeni bölmənin Facebook-a nə zaman inteqrasiya olunacağı bilinmir.

www.yenicag.az

4782
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100