!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkələrin insanları zənginləşdirmək GÜCÜ: “Peşəkarların ayda 6-7 min dollar qazanması...”

!Reklam – Yazi

“Yaxın 5 il ərzində bir çox ənənəvi fəaliyyət növlərində ya süni intellekt tətbiq ediləcək, ya da o peşələr tamamilə yox olacaq”.

Bu fikirləri texnologiyaların sürətli inkişafı fonunda gələcəyin iş perspektivlərindən danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AİKTSA) İctimai Birliyi İdarə Heyətinin sədri Elvin Abbasov Yenicag.az-a açıqlamasında deyib.

Onun szlərinə görə, sosial şəbəkələrdə yaranan iş imkanları ənənəvi fəaliyyət növlərini tədricən “sıxışdırmaqdadır”:

“Hazırda bir çox influenserlər sosial şəbəkələr vasitəsilə kifayət qədər pul qazana bilirlər. Əlavə olaraq, developerlərin – yəni kod yazılışı üzrə ixtisaslaşan mütəxəssislərin də yalnız ölkə hüdudları daxilində deyil, beynəlxalq miqyasda müxtəlif işlərə cəlb edilmək imkanları yüksəkdir.

Məsələn, Azərbaycanda oturaraq Ukrayna, Moldova, ABŞ və yaxud başqa ölkə üçün onlayn rejimdə iş görmək mümkündür. Bu sahədə işinin peşəkarı olan şəxslər hətta ayda 6-7 min dollar gəlir əldə edə bilirlər.

Eyni zamanda, sosial şəbəkələr vasitəsilə ənənəvi işlər daha da təkmilləşdirilir. Satış və xidmət üzrə fəaliyyət göstərənlər sosial mühitdə xitab edəcəkləri kütləni daha da genişləndirirlər.

Yaxın 5 il ərzində bir çox ənənəvi fəaliyyət növlərində ya süni intellekt tətbiq ediləcək, ya da o peşələr tamamilə yox olacaq. Bu səbəbdən, gələcəkdə yüksək intellektli insanlara tələbat artacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv