Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Fərhad Bədəlbəyli: "Sükanı belə saxla, Yeniçağ"

Bu gün Yenicag.az saytının 10 illik yubileyidir. Bu münasibətlə özəl insanlardan özəl təbriklər alan saytımıza ürək sözlərini bildirənlər arasında Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də var.

Yenicag.az saytını mədəni-ictimai mühitdə baş verən hadisələrə qərəzsiz yanaşan bir sayt kimi tanıyıram. 10 il fəaliyyət göstərmək, bu qədər mətbu orqan arasında sayılıb-seçilmək, xüsusən də son bir ildə həddən artıq tanınmaq saytın böyük uğurudur. Komandanıza və saytın rəhbərinə uğurlar arzulayıram. Əsas odur ki, simanızı itirməyin. Çox istərdim ki, Yenicag.az Azərbaycan mədəniyyətində iz qoymuş korifey sənətkarlarımız, musiqişünaslarımız barədə də silsilə yazılar hazırlasın. Çünki gənc nəslin maariflənməsi üçün bu gün saytların da üzərinə böyük yük düşür. Axı həyat təkcə ölüm və qəza hadisələrindən ibarət deyil… Bax, Yenicag.az bu baxımdan fərqlənir. Sizin saytda siyasi hadisələrin təhlili, analitik baxış bir başqadır. Həmin təhlillərdə tərəf hiss olunmur. Sizə sükanı belə saxlamağı arzulayıram. 10 yaşınız mübarək”.

www.yenicag.az

2392
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM