!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-çü pilotlar şirniyyat satarkən həbs olundu

!Reklam – Yazi

FETÖ terror təşkilatı ilə əməkdaşlığı üzə çıxdıqdan sonra ordudan tərxis olunan F-16 pilotları şirniyyat satarkən saxlanılıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Şenol Ç., Mustafa Ç., Aykut C., Levent Y. 15 iyul çevriliş cəhdindən sonra ordudan azad olunublar. Məhkəmənin qərarı ilə azad olunan pilotlar yeni detalların üzə çıxması ilə yenidən saxlanılıblar. Terror təşkilatının üzvləri olan üç keçmiş F-16 pilotu və “Türk Ulduzları”nın komandiri Konyada kafedə şirniyyat satarkən tutulublar.

Qeyd edək ki, Selçuk Universitetinin yaxınlığında kafe açan 4 keçmiş pilotun şirniyyat satdığı yerdə görüntüləri yayılıb.

www.yenicag.az

1621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv