!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı pilotlardan QİSAS AKTI: “Əslində, müharibə konkret ölkələrin qarşılıqlı cəza əməliyyatıdır” – ŞƏRH

!Reklam – Yazi

“Belə bir yanaşma Ukraynanın itirdiyi, yaxud da bombalanan hansısa yaşayış məntəqəsinin digərlərindən fərqləndirilməsi anlamına gəlir”.

Bu fikirləri Ukrayna rəsmilərinin ötən gün Kremençuq şəhərinə aviazərbələr endirmiş rusiyalı pilotların şəxsiyyətini müəyyənləşdirərək onları cəzalandırılacağını bəyan etmələrinə münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Polkovnikin sözlərinə görə, müharibənin gedişində qarşı tərəfin bu və ya başqa hərbçisini “qaralamaq” effektli addım deyil:

“Əvvəla, iki ölkənin qarşı-qarşıya olduğu müharibənin özü qisas deməkdir. Əslində, müharibə konkret ölkələrin qarşılıqlı cəza əməliyyatıdır. Mənə belə gəlir ki, Ukrayna rəsmilərinin bu kimi bəyanatları daxili auditoriyaya hesablanıb.

Çünki belə bir yanaşma Ukraynanın itirdiyi, yaxud da bombalanan hansısa yaşayış məntəqəsinin digərlərindən fərqləndirilməsi anlamına gəlir. Digər tərəfdən, müasir dövrdə bu və ya başqa bir əməliyyatda iştirak etmiş hərbçilərin müəyyən edilməsi elə də çətin deyil.

Ümumiyyətlə, müharibənin gedişində qisas almaq ifadəsinin yersiz olduğunu düşünürəm. Axı bir ölkənin ərazisinin az qala otuz faizi işğal edilibsə, şəhərləri hər gün bombalanırsa, belə bir vəziyyətdə kimlərdənsə qisas almaq barəsində fikirləşmək yanlışdır. Mən bir hərbçi olaraq bunu ciddi qəbul etmirəm”.

Qeyd edək ki, Ukraynanın daxili işlər naziri Denis Monastırski Kremençuqu bombalayan rusiyalı pilotların adlarının artıq dəqiqləşdirildiyini açıqlayıb.

A.Zeynalov

www.yenicag.az

288
Ads
www.veteninfo.com
!Reklam – Arxiv