Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Forumun təəssüratları və yaxud da gözəgörünməz qəhrəmanları - Toğrul Allahverdili

Əziz dostlar, artıq üç gündür davam edən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evinin və Mətbuat Şuarasının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Media Forumu sona çatdı.

İstərdim ki, qısa olaraq forum barədə öz fikirlərimi sizlərin diqqətinizə çatdırım.

İlk öncə, tədbirin gerçəkləşməsi üçün dəstək olan hər bir şəxsə öz təşəkkürümü bildirirəm. İki ay bundan öncə əziz dostum Aqil Ələsgər bu tədbirin keçirilməsi planlarından danışarkən sual verdim ki, bəs, Aqil biz bunu bacaracağıqmı? Aqil də hərə dəfə həyata pozitiv baxan bir şəxs olduğu üçün bu ağır məsuliyyətli işin də öhdəsindən layiqincə gələcəyimizi bildirdi və sübut üçün bundan əvvəl də keçirdiyimiz “Regionun gələcəyi və perspektivləri” adlı tədbiri misal gətirdi.

Bu işdə bizə ən böyük dəstəkçilərimizdən biri olan dəyərli anamız, ziyalımız Tənzilə Rüstəmxanlı oldu ki, bizə ürək-dilək və stimul verdi. Belə bir deyim var ki, əsl qəhrəmanlar pərdə arxasındadırlar – görünməzlər. Bizim bu tədbirimizin ərsəyə gəlməsində Tənzilə xanım məhz həmin görünməz qəhrəmanlardandır.

Bu tədbirin gerçəkləşməsində dəstəyi olanlardan biri də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və 24 saat bizimlə çalışan, işçi qrupunu yaradan, bütün yükü öz çiyinlərində bizimlə birlikdə daşıyan Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtım müşaviri İrfan Ciftçi oldu. Təbii ki, bunlar tədbirin kənardan görünməyən tərəfləri idi.

Təşəkkür elə bir jestdir ki, insan əməyinə verilən dəyərdir. Bu tədbirin keçirilməsinin səbəbkarlarından biri də Anadolu Yayıncılar Dərnəyinin başkanı, dəyərli Sinan Burhan abimizdir. Ümumiyyətlə, Türkiyədən gələn jurnalist qonaqlarımızın yarısı ilə bundan əvvəlki forumlarda, tədbirlərdə tanış olmuşdum. Yarısı ilə bu forumda tanış oldum. Azərbaycan mediası olaraq yeni-yeni dostlar qazandıq. Tədbir doğrudan da, möhtəşəm keçdi. Mətbuatdan da gördüyünüz qədər ölkə gündəmini zəbt etdi.

Tədbirin keçirilməsində dəstək verənlər arasında hörmətli millət vəkilimiz, Əflatun Amaşovun rəhbərlik etdiyi Mətbuat Şurasının bu tədbirdə böyük rolu oldu. Forumda maraqlı mövzular müzakirə olundu. İki qardaş ölkənin mediasının birləşməsi və informasiya müharibəsində birlikdə çiyin-çiyinə vuruşmasının yolları haqqında danışıldı. Bilirsiz, qardaş ölkənin televiziya, qəzet və sayt rəhbərlərinin Azərbaycan həqiqətləri və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında böyük rolu olub.

Son olaraq, ən böyük təşəkkürümüzü Azərbaycan Respublikasının Prezident Administrasiyasına edirik. Çünki ilk gündən PA bizə mənəvi dəstək oldular. Bizi tək qoymadılar. Onların bizə dəstək olmaları bizi bu işə daha da ciddi yanaşmağımıza sövq etdi və məsuliyyətimizi bir o qədər də artırdı.Bu dəstək bizim üçün məsuliyyət gətirdiyi qədər şərəf də gətirdi. Xüsusi təşəkkürümüzü dəyərli ziyalımız, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənova bildiririk. Ki, qardaş ölkədən təşrif buyuran yazarlarımızı qarşıladı. Onlarla görüş keçirdi və onlara əsl Azərbaycan qonaqpərvərliyini göstərdi. Bu, bizim üçün böyük bir şərəfdir. Bu, bizim üçün böyük bir etimaddır. Biz bu etimada görə, Azərbaycan Respublikasının Prezident Administrasiyasına və Əli müəllim başda olmaqla PA-nın rəsmilərinə öz təşəkkürümüzü bildiririk.

Tədbirin ilk günündən son gününə qədər bizimlə və qonaqlarımızla birlikdə olan Azərbaycan Respublikasının Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi Bəhruz Həsənova sonsuz təşəkkürümüzü bildiririk. Ki, onun tədbirimizin keçirilməsində əvvəldən axıra qədər böyük xidmətləri oldu.

İndi isə qayıdaq tədbirin əsas qəhrəmanına və ona öz təşəkkürümüzü bildirək. Tədbirin əsas qəhrəmanı dostum Aqil Ələsgərdir. Biz onunla bu gün birlikdə böyük bir məsuliyyətli yükü çiyinlərimizdə daşıyırıq. Bir neçə gün öncə Aqilin paylaşımının altında şərh yazdım ki, bu barədə ətraflı yazacam. Bax, həmin ətraflı yazım bu günə təsadüf etdi. Bütün çətinliklərə rəğmən Aqil Ələsgər bunu bacardı. Təbii ki, bu, Aqilin uğurudur və Aqilin uğuru isə bütövlükdə mənim də uğurumdur. Mənim üçün Aqil Ələsgər elə Toğrul Allahverdili deməkdir. Bu, Yeniçağ Media Qrupunun uğurudur. Təşəkkür, əziz yeniçağçılar! İndi bizim çağımızdır! Davam yoxsa, tamam?! Cavab bəllidir, yola davam…

Toğrul Allahverdili
İnterpress.az

www.yenicag.az

4353
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS