Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Cavid Gül: “Sevgi qəhrəmanı olmaq istəmirəm” – MÜSAHİBƏ/FOTOLAR

Film təqdimatlarının birində fotokameramıza poz verən tanınmış aparıcı Cavid Gül suallarımızı cavablandırıb. Qeyri-peşəkarların filmə çəkilməsindən danışan Cavid buna normal yanaşdığını deyib. “Sevgi qəhrəmanı olmaq istəmirəm”, – deyən aparıcı arzuladığı, amma çəkilmədiyi filmlərdən də danışıb…

Cavid Gülün Yenicag.az-a müsahibəsini təqdim edirik:

– Əksər aparıcılar bu gün filmlərə çəkilir ki, bu da peşəkar aktyorların narazılığına səbəb olur. Sizcə, onlar haqlıdır?

– Aktyorlar özlərini təsdiqləsələr, onlara da tələbat olacaq. Bu gün sosial şəbəkədə istənilən adam özünü göstərə bilər. Amma kimsə deyirsə, mən aktyoram, gəlin, məni teatr səhnəsindən izləyin, görün necə oynamışam, buna heç kim məcbur deyil. Çünki sürətli informasiya dövründə yaşayırıq və informasiyanı da elə sürətli almaq istəyirik. Şəhriyar və digər aparıcılar, modellər özlərini daim nümayiş etdirir və tələbatlıdırlar. Onları tanıyırlar. Həm də bir çox peşəkar insanların eqosu var. İstər aktyor olsun, istər rejissor, ya bəstəkar. Müəyyən məbləğdə qonorar tələb edirlər. Kino bazarından da hamımız xəbərdarıq. Peşəkar aktyorlarımız xarici ölkələrdəki həmkarlarına baxır və düşünür ki, mən də onlar kimi olum. Burada nə belə imkan var, nə də onların kaprizi ilə oynamaq istəyən adam. Biz də aparıcı kimi çox şey istəyirik, amma şərtlər bəllidir. Həm də o aparıcı aktyordan daha yaxşı oynayırsa, qoy çəkilsin.

– Aparıcıları qınayan aktyorlara nə deyərdiz?

– Özlərini göstərsinlər ki, onları da çəksinlər. Ola bilər ki, Bred Pit kimi oynayar, “Oskar” alar. Amma rejissor onları tanımırsa, görməyibsə, filminə çəkməyə məcbur deyil.

– Siz nə əcəb çəkilmirsiz?

– Marağım yoxdur. Mən daha çox mistik, qorxu filmlərini bəyəndiyim üçün o janrda filmlərə çəkilmək istərdim. Amma bizdə belə filmlər çəkilmir.

– Bəlkə qonorara görə?

– Yox, qonorar o qədər də maraqlı deyil.

– Necə bir obrazda çəkilmək istərdiniz ki?

– Mənfi obraz da ola bilər, müsbət də. Qatil də ola bilər. Amma komediya və sevgi filmləri mənlik deyil.

– Sevgi qəhrəmanı ola bilməzsiz yəni?

– Ola bilərəm, amma sevgi qəhrəmanı olmaq istəmirəm.

– Niyə?

– Özümdə onu hiss etmirəmsə, tamaşaçım da yəqin mənə inanmayacaq.

– Bəziləri deyir Cavid çox təkəbbürlüdür?

– Kim necə görmək istəyirsə, elə də görür.

– Sizə qarşı sərt davranan insanlara reaksiyanız necə olur?

– Elə adamlar mənə maraqlı deyil. Öz həyatımı yaşayıram. Onsuz da bu həyat bumeranqdır, hərlənib-fırlanıb özünə qayıdacaq.

– Ətrafınızda yaxşılar çoxdur, yoxsa pislər?

– Dünyada 7 milyard insan var. Yəqin ki, 6 milyard 500 milyonu pis insandır.

– İnsan sərrafı demək olar sizə?

– Yox, insan tanıyan deyiləm. Fkirləşmirəm ki, qarşımdakı mənə pislik edər, tanıdıqca uzaqlaşıram.

– Çox zərbə almısız insanlardan?

– Kim zərbə almayıb ki?..

– Elələrinə münasibətiniz necə olur?

– Silirəm və uzaqlaşıram.

– Sosial şəbəkədə sizi daha çox nə əsəbiləşdirir?

– Baxırsan ki, bəzi insanalara qarşı çox aqressiv davranırlar, ona əsəbiləşirəm.

– Hansı xasiyyətinizlə mübarizə aparırsız, amma buna nail ola bilmirsiz?

– Tənbəllik.

– Bəs hansı məqamda deyirsiz, bu xasiyyətinə görə əhsən sənə Cavid?

– Çox şey vecimə olmur. Bunu bəyənirəm.

– Kompleksiniz var?

– Boyumla bağlı?

– Ümumiyyətlə?

– Boyum 172-dir və heç vaxt bununla bağlı kompleksim olmayıb.

– Adətən balacaboylu oğlanların diqqətini hündürboylu xanımlar çəkir.

– İndi artıq heç kim diqqətimi çəkmir. Nişanlıyam.

– Toy nə vaxtdır?

– Mayın sonu.

Cəvahir

 

www.yenicag.az

7872
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100