Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fransada etiraz aksiyası, Makronun istefası tələbi - 7 polis yaralandı/FOTO

Fransanın paytaxtı Parisdə “Sarı jilet” adlı hərəkat kütləvi etiraz aksiyası keçirir.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, nümayişçilər yanacağın qiymətinin qalxmasına etiraz edir. Aksiyada iştirak edən minlərlə insan Prezident Emmanuel Makronu istefaya səsləyir.

Polis Yelisey prospektində keçirilən nümayişin iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edilir ki, etirazçıların Konkord meydanında onlar üçün bağlı olan zonaya yaxınlaşmasından sonra bu addım atılıb.

İştirakçılar maneələri sındıraraq meydandakı bağlı zonaya keçmək istəyir. Onların hökumət binasına girməyə cəhd etdikləri deyilir.

Hazırda 3 min polis və jandarm aksiyada təhlükəsizliyi təmin etməyə çalışır.

Fransada nümayişçilər polis patruluna da hücum edib. Etirazçıların polis avtomobilini aşırması nəticəsində 7 asayiş keşikçisi yüngül xəsarət alıb.

Etirazlar səbəbindən metronun mərkəzi stansiyaları bağlanıb. Eyfel qülləsi də ziyarətçilərin üzünə qapalıdır.

Qeyd edək ki, iqimiqyaslı aksiyalar noyabrın 17-dən başlayıb.

www.yenicag.az

2026
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100