Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Fritz Stuxlik də Elçin Məmmədovun tayı olub" - Qadın futbol hakimindən şok sözlər

Reklam: Sinerji Pro

Azərbaycanlı qadın futbol hakimi Xəyalə Əzizzadə FİFA referiliyindən geri çağırılıb.

Yenicag.az-a müsahibə verən Əzizzadə bu işdə Hakimlər Komitəsinin sədri Fritz Stuxlik və referilərin təyinatına nəzarət edən Elçin Məmmədovun əlinin olduğunu düşünür.

– 2010-cu ildə hakimliyə gəlmişəm. 4 il sonra isə FİFA referisi olmuşam. Hakimlərə Elçin Məmmədov dərs keçirdi. Mən isə onun dərslərinə qatılmırdım. Çünki dərslərdə futboldan başqa hər şeydən danışırdı. Elə bil kulinariya dərsi idi. Yeməyi necə yemək lazımdır, axşam necə yatmaq lazımdır və s. Bir ara məcbur etdilər ki, dərslərə qatılmasan, oyun verilməyəcək. Mən də məcbur olub getdim. İnanın ki, mən Elçin Məmmədovdan heç nə öyrənməmişəm. Nəsə lazım olanda Anar Salmanovdan, Əliyar Ağayevdən, Yaşar Abbasovdan, Xaqani Məmmədovun özündən soruşmuşam. Ümumiyyətlə, vaxtı ilə futbol oynadığıma görə, mənim üçün hakimlik etmək çox asan idi.

– İndiyədək hansı beynəlxalq oyunlara təyinat almısınız?

– İndiyədək Avropa çempionatının seçmə mərhələsinə təyinat almışam. Azərbaycanda Yuliya Qurbanova ilə mən yeganə qadınıq ki, Çempionlar Liqasının qrup mərhələsində oyun idarə etmişik. Bu il İsveçrədə keçirilən Avropa çempionatının final mərhələsində oyun idarə etmişəm. Həmin yarışda yeganə azərbaycanlı mən olmuşam.

– Neçə oyun idarə etmişdiniz?

– 3 oyuna çıxdıq. Qiymətlərim də çox yaxşı idi. Ən pis balım 8,3 olub ki, bu da normal nəticə sayılır. Bundan başqa Makedoniyada keçirilən seçmə mərhələyə də təyinat almışdım. Qiymətlərim həmişə yüksək olub. Hamısı mənim “mail”imdə var.

– Necə oldu ki, sizi FİFA referiliyindən geri çağırdılar?

– Düzü, səbəbini mən də bilmirəm. Deyirlər ki, normativi verə bilməmişəm. Amma mən bununla razı deyilem. Mən səhər yuxudan oyanıb qaçanda da o normativləri verə bilərəm. Mənə qarşı haqsızlıq olub. İmtahan götürəndə saniyəölçən aparatları xarab olub. Bu da mənim problemim deyil ki. Sonra da qaçızdırıb dedilər ki, imtahandan kəsildin. Mənə bir şans belə verməyiblər. Hava da yağışlı idi. Əslində yağışlı havada heç bir ölkədə normativ götürülmür. İtaliya, Finlandiya, Rusiya və digər ölkələrdən olan hakim dostlarım var. Onlardan da soruşmuşam. Eyni sözü deyiblər. Rusiyada yağış yağanda normativi manejdə götürürlər.

– Bəs bu duruma Hakimlər Komitəsinin sədri Fritz Stuxlik nə dedi?

– Məncə, bu işdə Elçin Məmmədovun barmağı var. Düzü, onun məqsədinin nə olduğunu bilmirəm.

– Elçin Məmmədov sizə qarşı qərəzlidir?

– Bəli. Məni heçnəsiz FİFA-dan geri çağırıblar. Deyir ki, imtihanı verməmisən. Mən də etiraz edirəm ki, o imtahanı verə bilərəm. Yaxşı, məni FİFA-dan geri çağırmısız, bəs Azərbaycanda niyə oyun vermirsiniz? Uşaq futboluna belə təyinat vermirlər.

– Qız futbolunda hakimlərin qonararı nə qədərdir?

– 13 yaşlılarda qonorar 30 manatdır. 16 və 19 yaşlılarda isə 40 manatdır. Bu, yan xətt hakiminin qonorarıdır. Baş hakim isə 60 manat alır. Bunun da 17 faizi vergiyə tutulur.

– 30 manat az deyil?

– Əlbəttə. Ümumiyyətlə, dünyada hakimlik bir xobbidir. Hər kəs bu sahəyə ikinci iş kimi baxır. Mən özüm orta məktəbdə fiziki tərbiyə müəllimi işləyirəm. Səhər saatlarında işdə oluram. Bu səbəbdən məşqlərə getməyə vaxtım olmur. Bizə “mail” gəlib ki, məşqlərdə ən azı 8 dəfə iştirak etməlisiniz, yoxsa sizə təyinat verilməyəcək. Deyəsən, Fritz Stuxlik Avstriya ilə buranı səhv salıb. Heç kim heç kimin durumunu bilmir.

– İstənilən halda 30 manata görə hakimlik etmək sərfəli deyil axı…

– Mən məcburi köçkünəm, məktəbdə yaşayıram. Anam əlildir, atamın gözləri görmür. Ailəmdə problem var ki, mən 30 manatın dalınca qaçıram də. (ağlayır). Bütün ömrümü futbola, hakimliyə qurban vermişəm. İnanın, karyerama görə ailə qurmamışam. Bu qədər haqsızlıq olmaz. Bu, bu qədər asan olmamalıdır. Ölkəmi layiqincə təmsil etmişəm. Əgər ölkə prezidenti cənab İlham Əliyev “Mən idmançıların dostuyam” deyirsə, Elçin Məmmədov gəlib mənə qarşı belə hərəkət edirsə, bu, nə qədər düzgündür? Fritz Stuxlik təzə gələndə bilirsiz necə mehriban idi? Deyirdi hər şey yaxşı olacaq, kişilərin oyununa təyinatınız olacaq. Çünki bizim qızlardan ibarət liqalar beynəlxalq arenada yaxşı oyun idarəetmək üçün yetərli səviyyədə deyil.

– Stuxlikin dediklərinin heç biri həyata keçmədi?

– Xeyr. Heç bir təyinat olmadı. Hakimlərin təyinatını Elçin Məmmədova tapşırdılar. O da başladı öz işini görməyə. Ətrafında öz adamlarını yığdı. Biz də təyinat almadıq. Bunu eşitmişəm də, görmüşəm də. İmtahanı verməyənlər belə təyinat alır. Mən futbola canımı qoymuşam, milli komandada oynamışam. “Gömrükçü”də çıxış etmişəm. Həmin oyunlardan gələn bir qızam.

– Ümumiyyətlə, hakimlik etdiyi vaxt Elçin Məmmədovun adı oyun alverində hallanıb. Belə qalmaqala adı qarışan bir şəxsin hakimlərin təyinatı işinə baxmasına münasibətiniz necədir?

– Əlbəttə məsələyə münasibətim çox pisdir. Televizorda eşidəndə ki, rüşvət alıb “Bakı” – “Xəzər Lənkəran” oyununu satan hakim gəlib mənim başımın üstündə durub təyinat yazacaq, dəli oldum. Bu nə qədər düzgündür? Hansı oyunun şəffaflığından danışmaq olar? Beynəlxalq oyunlara təyinat alanda Əliyar Ağayevin, Anar Salmanovun adını müsbət mənada eşitmişəm. Onların adına görə bizə dəstək olublar.

– Bildiyim qədəri ilə Səbayel Qurbanovanın da aqibəti sizinki kimi olub…

– Səbayel əməliyyatla ana olub. Heç uşağının bir yaşı tamam olmayıb. O qadın qarşısına məqsəd qoydu və arıqladı. 100 kilodan 70-ə qədər düşdü. Amma Səbayelə də eyni haqsızlıq oldu. Elçin Məmmədov mehribanlıqdan danışır, amma özü aranı qarışdırır. Sonra da adama təyinat vermir. Fritz Stuxlik də Elçin Məmmədovun tayı olub.

Emin Səfərov

www.yenicag.az

4783
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM