!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” Almaniya nəhənginə QARŞI: Komandamız öz ənənəvi oyununu sərgiləyə bilsə...” – Tanınmış şərhçi

!Reklam – Yazi

“Oyundan əvvəl danışmaq nə qədər asan olsa da, meydanda planları reallaşdırmaq çox çətindir”.

Bu fikirləri “Qarabağ”ın “Bayer”lə (Leverkuz) oktyabrın 26-da keçiriləcək səfər matçının gedişini və mümkün nəticəsini dəyərləndirən tanınmış futbol şərhçisi Ramiz Mirzəzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “Qarabağ” bu matçda öz ənənəvi oyununu sərgiləyərək rəqibi yormağı bacarsa, yaratdığı imkanlardan yararlana bilsə, səfərdən heç-heçə ilə qayıtmaq mümkündür:“Qarşıdakı turları Avropa Liqasında qrup mərhələsinin ən həlledici dönəmi adlandırmaq olar. Rəqib son illərdə özünün ən yaxşı formasında olan komandadır. “Bayer” hazırda həm Avrokuboklarda, həm də “Bundesliqa”da kifayət qədər uğurla mübarizə aparır. O baxımdan, “Qarabağ”ın bu oyunu şanssızlıqdan rəqibin ən güclü dönəmlərindən birinə düşüb. Lakin ümid edək ki, “Bayer Leverkusen”in formada olması “Qarabağ”ın qrupdan çıxmasına maneə olmaz.

Almaniya səfərində rəqib komandanın baş məşqçisi Alonso da “Qarabağ” haqqında danışarkən təmsilçimizi yaxşı komanda kimi dəyərləndirib. Düzdür, oyundan əvvəl danışmaq nə qədər asan olsa da, meydanda planları reallaşdırmaq çox çətindir. Bunu oyunçularımız və başq məşqçi də yaxşı anlayır.

“Qarabağ” bu matçda öz ənənəvi oyununu sərgiləyərək rəqibi yormağı bacarsa, yaratdığı imkanlardan yararlana bilsə, səfərdən heç-heçə ilə qayıtmaq mümkündür. Bakıdakı cavab oyununda isə azarkeş dəstəyini, həmçinin rəqib klubun “Bundesliqa”da oyun təqviminin sıx dönəmə düşməsini nəzərə alsaq, heç-heçəyə, hətta qələbəyə ümid etmək olar.

İstənilən halda biz “Bay-Arena”dakı matçla yanaşı, qrupdakı xalsız komandaların da oyununu diqqətdə saxlamalıyıq. Həmin komandaların – “Molde” ilə “Hakken”in ardıcıl keçiriləcək oyunlarında hər hansı birinin qalib gəlməsi bizim üçün ən arzuolunmaz nəticə olar. Yəni onlardan birinin iki oyunda mümkün qələbəsi ilə xallarının sayı 6-ya yüksələcək və bu da həmin komandanın qrupdan çıxmaq imkanlarını artıracaq. Ancaq bu komandaların oyunlarında qalibin müəyyənləşməməsi qrupdakı vəziyyətə ciddi təsir göstərməyəcək”.

Yusif Səmədzadə

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv