Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Futbolumuzun qara günü: Klublarımız Avroliqa ilə erkən vidalaşdı

Reklam: High Technic

Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab görüşləri keçirilib.

Yenicag.az xəbər verir ki, təmsilçilərimizdən ilk olaraq meydana “Keşlə” çıxıb. Paytaxt təmsilçisi doğma meydanda səfərdə 1:4 hesabı ilə uduzduğu Malta “Baltsan”ını qəbul edib. Yuri Maksimovun istefaya göndərilməsindən sonra bakılıların necə çıxış edəcəyi maraqla gözlənilirdi. Qarşılaşma 2:1 hesabıyla bakılıların xeyrinə başa çatıb. Amma mərhələ adlayan tərəf Malta klubu olub.

Doğma azarkeşləri önündə keçirdiyi ilk oyunda “Proqres”ə 0:2 hesabı ilə uduzan “Qəbələ”nin də işi olduqca çətin idi. Sənan Qurbanovun komandası Lüksemburqda möcüzə axtarışında olsa da, bu arzuya çatmaq mümkün olmayıb. “Keşlə” kimi, “Qəbələ” də cavab oyununda heç nəyə yaramayan qələbə qazanıb, mərhələni isə rəqib adlayıb.

İlk oyunda “Uypeşt”i 3:1 hesabı ilə məğlub edən “Neftçi” növbəti mərhələnin bir addımlığındaydı. Bunun üçüm Roberto Bordinin komandası Budapeştdən sərfərli nəticə ilə qayıtmalıydı. Paytaxt təmsilçisi növbəti mərhələyə adlayacağı halda İspaniya nəhənglərindən “Sevilya” ilə qarşılaşacaqdı. Amma 4 cavabsız qol buraxaraq meydanı biabırçı məğlubiyyətlə tərk edən “Neftçi” də Avroliqaya erkən vida etməli olub.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
19 iyul

“Keşlə” (Azərbaycan) – “Baltsan” (Malta) 2:1
Qollar: Sezar Meza Kolli, 11, Slavik Alxasov, 90+1 – Maydevaç, 90+6.
İlk oyun – 1:4

“Proqres” (Lüksemburq) – “Qəbələ” (Azərbaycan) 0:1
Qol: Monroz, 28.
İlk oyun – 2:0

“Uypeşt” (Macarıstan) – “Neftçi” (Azərbaycan) 4:0
Qollar: Litauski, 19, Sankoviç, 21, Joter, 50, Nvobodo, 65.
İlk oyun – 1:3

www.yenicag.az

10734
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS