!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Füzulidəki təhlükədə olan kəhrizi hansı aqibət gözləyir? – Rəsmi qurumdan AÇIQLAMA

!Reklam – Yazi

Füzuli rayon Yal Pirəhmədli kəndində Şah Abbas dövründə tikilən kəhriz itib-batmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, Füzuli-Hadrut yolunun genişləndirilməsi ilə əlaqədar kəhrizi su ilə təmin edən quyuya ziyan dəyə bilər. Bununla bağlı kənd sakinləri narahatdır.

Məsələni araşdırmaq üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İdarəsinə müraciət etdik.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Yenicag.az-a açıqlamasında sözügedən qədim tarixi abidənin ətrafında yaranan problemin qurum tərəfindən diqqət mərkəzində saxlanıldığını bildirib:.

“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə tarixi abidələrinin mühafizəsi ilə bağlı həyata keçirilən tədbirlər sırasında infrastruktur layihələrinin icrası üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinə baxış keçirilməsi, ərazinin fotoşəkillərinin çəkilməsi və coğrafi koordinatların müəyyən edilməsi, habelə abidələrin vizual axtarışının aparılması əsas fəaliyyət istiqamətlərindən biridir.
İnfrastruktur layihələri çərçivəsində görülən işlər zamanı abidələr barədə iş icraçılarının məlumatlandırılması və müdaxilə faktlarının qarşısının alınması istiqamətində koordinasiyalı fəaliyyət həyata keçirilir.
Füzuli rayon Yal Pirəhmədli kəndində yerləşən kəhrizin qorunması diqqət mərkəzindədir”.

Cəvahir

www.yenicag.az

770
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv