Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

G20-nin sammiti ABŞ-la Rusiyanı yaxınlaşdıracaq - Ekspert belə düşünür

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında gələn ay Almaniyada keçiriləcək Böyük 20-lərin sammiti çərçivəsində görüşün olacağı gözlənilir. Son zamanlar dünya mətbuatında bu iki liderin məhz G20-nin sammitində görüşəcəkləri barədə fikirlər geniş yayılıb. Maraqlıdır, görəsən, bu görüş baş tutarsa, Vaşinqtonla Moskva arasında yaşanan mövcud gərginliyin aradan qalxacağını və yaxud bu istiqamətdə ilkin addım atılacağını gözləmək olarmı?

Siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında bildirdi ki, Böyük 20-lərin Almaniya sammiti Trampla Putin arasında mövcud olan gərgin münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq:

“Əslində, ABŞ-la Rusiya arasında münasibətlər üzdə hər zaman gərgin görünsə də, şübhə etmirəm ki, pərdə arxasında onlar bütün fəaliyyətlərini kordinə edirlər. Yəni istənilən halda, Vaşinqton və Moskvada yaxşı anlayırlar ki, dünyaya təkbaşına hökm edə bilməzlər. Ona görə də bu və ya digər şəkildə bir-birilərinin maraqlarını nəzərə almalıdırlar. Düzdür, bəzən ABŞ-ın rəsmi təbliğatı daha güclü olur və qüdrətli görünür. Ümumiyyətlə, ABŞ-ın Rusiyanı saymadığı görüntüsü nəzərə çarpır. Amma bunlar bizə onu deməyə əsas vermir ki, Rusiya bu oyunlarda mütləq şəkildə ikinci planda olmaqla bərabər, həm də zəif halqadır – əsla. Rusiya ilə ABŞ sadəcə olaraq, pərdə arxasında bir, üzdə isə başqa oyun qururlar. Əslində, onların atdığı bütün addımlar üçüncü tərəflərin hansı formada idarə olunması ilə bağlıdır. G20-lərin sammitində Trampla Putinin görüşməsi və bu zaman nəyə nail olacaqları barədə konkret şərh vermək tezdir. Amma ümumilikdə götürəndə, düşünürəm ki, ABŞ-la Rusiyanın bir-birinə yaxınlaşmaması üçün səbəblər yoxdur. Çünki onlar faktiki olaraq, Suriya və digər məsələlərdə əslində rəqib kimi görünsələr də, onların bir-birinə çox hörmətlə yanaşdıqlarını görürük”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

704
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100