Reklam: High Technic
hightechnic

Gədəbəydə bıçaqlanma: Yaralı xəstəxanada öldü

Gədəbəy rayonunda münaqişə zəminində rayon sakini E.Quliyevə bıçaqla xəsarət yetirən M.Cəfərli saxlanılıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, mayın 25-də Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisindəki kafelərin birində kənd sakini Məhəmmədəli Cəfərli münaqişə zəminində Poladlı kənd sakini Elşad Quliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş E.Quliyev orada ölüb.

Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Cəfərli saxlanılıb.

www.yenicag.az

588