Gəncədə 16 yaşlı qız itkin düşüb – Yenicag.Az

Reklam

Reklam

Gəncədə itkin düşən qız yaxınları tərəfindən axtarılır.

Yenicag.az xəbər verir ki, Gəncə şəhər sakini, 2002-cı il təvəllüdlü Rəsmiyyə Kərimova avqustun 3-ü yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 168 sm, arıq bədən quruluşlu, uzun qara saçlara malik, gözlərinin rəngi qara.

Rəsmiyyə Kərimova evdən çıxarkən əynində tünd yaşıl rəngli don, ayağında sarı rəngli yay ayaqqabısı və qara rəngli çanta olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-256-07-53, 022-266-33-75 şəhər və (055) 331-24-24, (050) 314-14-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur./Trend/

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3001
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."