!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

General-mayor Mübariz Rzayev istefa verdi: Səbəb Ənvər Əfəndiyevlə bağlıdır - VİDEO / YENİLƏNDİ 

!Reklam – Yazi

12:17

Azərbaycan Ordusunun 3-cü Ordu Korpusunun komandiri General-mayor Rzayev Mübariz Balağa oğlu öz istəyi ilə ordu sıralarından ehtiyata çıxıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Mübariz Rzayevin bu addımı atmasına səbəb Müdafiə Nazirinin müavini, Quru Qoşunları komandanı General-leytenant Ənvər Əfəndiyevlə arasındakı konflikt səbəb olub.

Belə ki, Ənvər Əfəndiyev 3-cü Ordu Korpusunun qərargah rəisi ilə 4-cü Ordu Korpusunun qərargah rəislərinin yerlərini dəyişib. Bundan xəbərsiz olan Mübariz Rzayev isə dəyişikliyə etiraz edib. Nəticədə əvvəllər çox mehriban olan ikili arasında konflikt yaranıb. Mübariz Rzayev korpusa göndərilən digər qərargah rəisi ilə işləməkdən imtina edib. Məsələ ondadır ki, Quru Qoşunları komandanının bu dəyişikliyi etməkdən başqa şansı olmayıb. Bundan sonra Mübariz Rzayev öncə məzuniyyətə gedib, daha sonra da istefa raportu yazıb. Mübariz Rzayevin istefa raportu qəbul edilib və ordu sıralarından ehtiyata çıxıb.

Mənbəmizin verdiyi məlumata görə, hadisənin baş verməsinə səbəb çox ciddi miqdarda rüşvət faktı olub. Əvvəlcədən alınmış təxminən 300 min manat ya geri qaytarılmalı imiş, ya da rüşvət aldıqları şəxsi vəzifəyə təyin etməli imişlər. Nəticədə ordu rəhbərliyi pulu qaytarmaqdansa, Mübariz Rzayevlə sağollaşmağı üstün tutublar.

Qeyd edək ki, Mübariz Rzayev bu ilin mart ayında 3-cü Ordu Korpusuna komandir təyin edilmişdi.

Məsələ ilə bağlı Müdafiə nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, Mübariz Rzayevin ordu sıralarından çıxması barədə məlumatı dəqiqləşdirib açıqlama verəcəklər.

Səxavət Məmməd

www.yenicag.az

5819
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv