!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda karqo PROBLEMLƏRİ: Gecikmiş bağlama, zədəli məhsul, bahalı daşınma haqqı... - AÇIQLAMA / FOTOLAR 

!Reklam – Yazi

Azərbaycan vətəndaşları daha çox xarici ölkələrdən, xüsusilə də Türkiyədən onlayn sifarişlər edirlər. Bunun üçün də karqo şirkətlərinin köməyindən yararlanırlar. Son illərdə ölkəmizdə xeyli karqo şirkətləri açılıb.

Amma sözügedən şirkətlərdən bəzilərinin fəaliyyəti vətəndaşları məmnun etmir.

Belə ki, sosial şəbəkələrdə, əsasən də “Facebook”da şikayət qruplarının üzvləri karqo şirkətləri barədə saysız-hesabsız şikayətlər paylaşır. İnsanların ən çox paylaşdığı problemlər məhsulun gecikməsi, zədəli əşya, daşınma haqqının baha olması, bağlamanın sistemə gec vurulması, sifariş etdikləri məhsuldan başqa məhsul gəldiyi halda şirkətin kömək etməməsi və s. ilə bağlıdır. Şikayətlər daha çox “Dynamex”və “Starex” şirkətləri haqqında olur.

Hətta, “Starex” şirkəti ilə bağlı olan şikayətlərdən biri də bağlamaların səhv insana verilməsi haqqındadır. Müştəri qeyd edib ki, onun sifarişi başqasına, digər müştərinin bağlaması isə müştəriyə verilib. Bundan əlavə, şirkət məsələ ilə bağlı heç bir tədbir görməyib.

“Dynamex” haqqında ən çox paylaşılan şikayət isə bağlamaların həftələrlə xarici anbarda qalmasıdır.

Şikayətçilərin problemləri qabartdıqları paylaşımları təqdim edirik:

Bütün bu məsələlərlə bağlı Yenicag.az-a açıqlama verən “Dynamex” şirkətinin rəsmi nümayəndəsi isə bu cür şikayətlərə onların deyil, gömrükdə baş verən proseslərin səbəbkar olduğunu bildirib:

“Gömrükdə olan yoxlamaları biz tənzimləmirik, gecikmə halları olduqda, bu, bizdən aslı olmayaraq gerçəkləşir. Hətta, zədəli gələn bağlamalar belə yoxlanışlar sırasında zədələnə bilir. Lakin müştərilərlə biz danışmalı oluruq”.

Eyni zamanda şirkət rəsmisinin dediyinə görə, bağlamaların həftələrlə xarici anbarda gözlədilməsi və ya daşınma haqqının qaldırılması mümkün deyil:

“Bəzən gömrükdə olan yoxlama və yaxud da texniki səbəblərdən dolayı sifarişlərin sistemə vurulması 1-2 gün çəkir. Amma həftələrlə gözləmə halı ola bilməz. Daşınma haqqına gəldikdə isə bizdə çəkiyə əsasən olan tariflər dəyişməz olaraq qalır. Yəni çəkiyə uyğun qiymət təyin edilir. Əlavə qiymət tətbiq edilmir”.

Şəhanə Paşa

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv