Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Girov Təminat Fondu yaradılmalıdır - Ekspert rəyi

Azərbaycanda real sektorun ciddi maliyyə resurslarına ehtiyacı vardır. Lakin bu maliyyəni verəcək banklar risklərin yüksək olması, kifayət qədər likvid girovun olmaması, valyuta bazarında qeyri-müəyyənlik səbəbindən kreditlərin verilməsində maraqlı deyil. Belədə isə, haqqında uzun müddətdir danışılmasına baxmayaraq, real sektorda hələ də inkişaf meyilləri müşahidə edilmir. Görəsən vacib olan maliyyə resurslarına çıxış baxımından hansı addımlar atılmalıdır ki, real sektorda nəhayət ki, irəliləyiş olsun?

Yenicag.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, real sektorla bağlı problemlərin həlli üçün bankdan kənar mənbələrdən bu sahəyə vəsait cəlb edilməsinə başlamaq lazımdır:

“Real sektorun maliyyələşdirilməsi çox vacibdir. Həmçinin, bu sektorun maliyyələşdirilməsi ancaq banklar vasitəsilə həyata keçməməlidir. Baxmayaraq ki, bankların real sektorun maliyyələşməsindəki payı çox önəmlidir. Banklar sözsüz ki, prosesdə yaxından iştirak etməlidir. Amma eyni zamanda digər mənbələrdən də sözügedən sektora vəsaitlərin cəlb edilməsinə ehtiyac vardır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bankdan və büdcədən kənar maliyyə mənbələrinin cəlb edilməsi vacibdir. Söhbət şəxsi maliyyə vəsaitlərinin cəlb edilməsindən gedir. Şəxsi vəsaitlərin investisiya formasında prosesə cəlb edilməsi və bu tendensiyanın təşviq edilməsinə ehtiyac var. ABŞ və digər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bunun üçün dövlət tərəfindən təşviqedici addımlar və tədbirlərin görülməsi olduqca vacibdir. Təşviqedici tədbirlər birmənalı şəkildə imkan verəcək ki, real sektora büdcədənkənar vəsaitlərin cəlb edilməsi mümkün olsun. Bu kontekstdən yanaşdıqda görürük ki, real sektorun inkişafına nail olmaq üçün ilk növbədə şəxsi vəsaitlərin cəlb edilməsi istiqamətində mühüm təşviqedici addımlar atılmalıdır. Həmçinin, iş adamları da əllərindəki vəsaiti investisiya şəklində real sektora yatıra bilərlər. Bankların kredit qoyuluşunu artırması üçün həmçinin likvidliyin artırılması yolunda stimullaşdırıcı tədbirlər həyata keçməlidir. Risqlərin dövlət tərəfindən sığortalanması vacibdir. Xüsusən də Girov Fondunun formalaşması və dövlətin kiçik və orta sahibkarlığın inkişafına yönələn Girov Təminat Fondunun yaradılmasına ehtiyac var ki, bankların likvidliyi müəyyən qədər azalsın. Bu fonda banklar risqlik dərəcəsini müəyyən qədər azaldıb, kreditləşmədə maraqlı olacaqlar. O, baxımdan şəxsi vəsait mənbələrinin stimullaşdırılması ilə yanaşı, bankların likvidliyinin bir hissəsinin dövlət rərəfindən qarşılanmasına ehtiyac var ki, real sektor kənar maliyyə vəsaitləri də cəlb edə bilsin”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

520
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100