Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Gizlədiləsi bir şey yoxdu" - Qurban Qurbanov

Reklam: Sinerji Pro

Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start verilib.

Yenicag.az xəbər verir ki, açılış oyununda səfərdə “Neftçi”yə 3:1 hesabı ilə qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

O, əvvəlcə görüş barədə fikirlərini bildirdib:

“Çox yaxşı komandaya qarşı oynayırdıq. Qalib gəlmək bizim üçün çox xoşdu. Futbolçularımızı və azarkeşlərimizi təbrik edirəm. Komandadan razı qaldım. Bir neçə gün sonra Çempionlar Liqasında oyuna çıxacağıq. Qarşıdakı günlərdə həmin matça hazırlaşmağa çalışacağıq”.

– Kintananın zədəsi nə yerdədi?

– Hələlik tam fikir deyə bilmərəm. Əvvəl zədələndiyi ayağıdı. Ola bilər çox ağır olmasın. Özünün dediyinə görə, əvvəlki zədə deyil. Bir az fərqli nahiyədəndi. Uyğun olmayan tərzdə ayağı sürüşdü və bütün güc ora düşdü. Sabah yəqin tam məlumat olar.

– “Kopenhagen”in nümayəndəsi oyunu izləyirdi. Bunu nəzərə alıb nəyisə gizlətdiyinizi demək olarmı?

– Belə deməzdim. Hələ optimal formada deyilik. Topla daha çox davranmaq lazımdı. Xüsusilə ikinci hissədə çox top itirdik. Gizlədəsi bir şey yoxdu. Bütün oyunlarımızı izləyirlər. Hər şey göz qabağındadı Həmin oyunda müəyyən dəyişikliklər olacaq. Amma indidən bu barədə dəqiq nəsə deyə bilməyəcəm.

– Rəşad Sadıqov “Kopenhagen”lə matça hazır olacaqmı?

– Hazır olma ehtimalı çoxdu. Həm onun, həm də Gerye və Riçardın. Hər üçün oynaya bilər.

Yenicag.az

www.yenicag.az

351
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM