Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Goranboyda top mərmisi tapıldı

Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonu, Dəyirmanlılar kəndində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə yol kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 125 mm-lik top mərmisi (3BM26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

www.yenicag.az

3397
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100