Goranboy rayonu, Əzizbəyov kəndində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd təlim məqsədli top mərmisi (P-OF412) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 600 kv.m ərazi yoxlanılıb.
Bu barədə Yenicag.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 04 iyun 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 10 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 162 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 665 ədəd partlamamış hərbi sursat, 182 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 3 716 425 kv.m ərazi (637 657 kv.m əl ilə, 1 296 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 669 628 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.