!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Güləşçilərimiz etiraz aksiyasına hazırlaşır - Maaşlar verilmir!

!Reklam – Yazi

Azərbaycan Güləş Federasiyasında vəziyyət ürəkaçan deyil.

Yenicag.az xəbər verir ki, federasiyada ciddi maliyyə problemi yaşanır.

Əldə etdiyimiz məlumata görə, güləşçilər bir neçə aydır ki, maaş üzünə həsrət qalıblar. İş burasındadır ki, artıq Vergilər Nazirliyi federasiyaya maliyyə ayırmır. Maaşlarını ala bilməyən idmançılar, çıxış yolunu etiraz etməkdə görürlər. Belə ki, bizdə olan bilgiyə görə, güləşçilər aksiya keçirməyi planlaşdırırlar. Bundan başqa onlar şəraitsizlikdən də şikayətçidirlər.

Məsələ ilə bağlı federasiyasının mövqeyini öyrənməyə çalışdıq. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Mayis Musayevin telefonuna zəng çatmadı.

Qeyd edək ki, bir müddət öncə Olimpiya çempionu Toğrul Əsgərovla da federasiya rəhbərliyi arasında gərginlik yaşanmışdı. Belə ki, federasiya Türkiyədə əməliyyat olunan Əsgərovun müalicə xərclərini boynuna götürməkdən imtina etmişdi.

Yenicag.az

www.yenicag.az

1279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv