!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan DTX: Gürcüstan-Azərbaycan münasibətlərinə qəsdən zərər vurmaq istəyənlər var

!Reklam – Yazi

“Ötən il bəzi qruplar və individual şəxslər də daxil olmaqla, müxtəlif qüvvələr Keşikçidağ (David Qareci) ətrafındakı hadisələrdə milli dəyərləri qorumaq adı altında iştirak ediblər”.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) illik hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, Gürcüstan-Azərbaycan sərhədində vəziyyətin saxtalaşdırılması ilə destruktiv kampaniya aparılıb və bu kampaniya strateji tərəfdaşlıq əlaqələrinə malik iki ölkə arasında əlaqələrin zədələnməsi məqsədi güdüb.

“Bölgədəki geosiyasi çətinliklər fonunda Gürcüstan Türkiyə, Ermənistan və Azərbaycan ilə davamlı qonşuluq münasibətlərini davam etdirir. Bununla belə, davam edən ikitərəfli münasibətlərə birbaşa və ya dolayı yolla müdaxilə və onların qəsdən zədələnməsi üçün davamlı cəhdlər mövcuddur” – deyə hesabatda qeyd olunub. Ötən il Gürcüstan-Azərbaycan dövlət sərhədindəki vəziyyətlə iki ölkə arasında qurulan strateji tərəfdaşlığı təhlükə altına alan dağıdıcı kampaniya aparılıb: “Bu proseslərə müxtəlif qüvvələr, o cümlədən milli dəyərləri qorumaq adı altında gizlənən şəxslər və qruplar cəlb edilib və onlardan məsələni kəskinləşdirmək üçün fəal istifadə olunub. Məbəd ətrafındakı vəziyyəti işğal kimi təqdim etməyə cəhd edən təxribatçı çağırışlar edilib”.

Bildirilib ki, Gürcüstan DTX təxribatların qarşısını almaq və vəziyyəti sabitləşdirmək üçün müvafiq tədbirlər görüb: “DTX Gürcüstanla Azərbaycan arasındakı məsələnin tənzimlənməsi üçün qanuni format olan Dövlət Sərhədlərinin Delimitasiya və Demarkasiya Komissiyasının işində iştirak edir. Təhdidləri minimuma endirmək üçün danışıqlar prosesində iştirak edən qurumlara müvafiq tövsiyələr verilir”.

Qeyd olunub ki, Gürcüstana təsir etməkdə maraqlı olan dövlətlər də ölkədə yaşayan müxtəlif etnik və dini qrupları qarşı-qarşıya qoymağa, cəmiyyətdəki narazılıqları öz məqsədləri üçün istifadə etməyə çalışır və əhəmiyyətli proseslərə mənfi təsir göstərmək üçün ictimai rəyi manipulyasiya etmək cəhdləri edirlər.

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv