!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Guya demokratiya ilə bağlı ciddi problemlərin olduğunu deyənlər...” – Aydın Quliyev

!Reklam – Yazi

“Prezidentin ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı fikirləri həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq dairələrə ünvanlanmaq baxımından, əhəmiyyətli mesajdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin bəzi rayonlara yeni təyin olunmuş icra hakimiyyətinin başçılarını qəbul zamanı çıxışında ölkədə bütün sahələr üzrə, o cümlədən, siyasi xarakterli islahatların uğurla davam etdirilməsi haqda fikirlərini şərh edən politoloq Aydın Quliyev deyib.

Aydın Quliyevin sözlərinə görə, dövlət başçısının ölkədə insan hüquqları və demokratiyanın təmin olunmasına dair fikirləri çox əhəmiyyətli mesajlardır:

“Prezidentin bəzi rayonlara yeni təyin olunmuş icra hakimiyyətinin başçıları ilə görüşü zamanı səsləndirdiyi fikirləri ölkənin sosial-iqtisadi, mədəni-humanitar sahədə inkişafının indiki vəziyyətinin və aparılan islahatların nəticələrinin ümumi xarakteristikası kimi də dəyərləndirmək olar.

Prezident həmin çıxışında Azərbaycanda başqa sahələrlə bərabər, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərin və onların nəticələrinin üzərində xüsusilə dayandı. Əlbəttə, bunun xüsusi bir əhəmiyyəti var.

Çünki insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı prezidentin verdiyi mesajlar həm ölkədə radikal müxalifətin qərəzli təbliğat tezislərini neytrallaşdırmaq baxımından, həm də onlara dəstək verən bəzi beynəlxalq qüvvələrin mahiyyətini açmaq baxımından maraqlıdır.

Sosial-iqtisadi sahədə aparılan islahatlar öz nəticələrini verir. Xüsusilə də, son 9 ayda ölkənin həm qeyri-neft sahəsində, həm də kənd təsərrüfatı sahəsində nəzərəçarpacaq dərəcədə dəyişikliklər olub.

Belə şəraitdə həm radikal müxalifət, həm də müəyyən beynəlxalq dairələr Azərbaycanda ictimaiyyətin və beynəlxalq dairələrin diqqətini sosial-iqtisadi sahədəki islahatların real nəticələrindən yayındırmaq üçün insan haqları ilə bağlı məsələni ortalığa gətirirlər. Guya insan hüquq və azadlıqları ilə bağlı ciddi problemlərin olduğundan danışırlar.

Bu nöqteyi-nəzərdən, prezidentin insan hüquq və azadlıqları ilə bağlı fikirlərini çox qabaqlayıcı və həmin qərəzli təbliğatı neytrallaşdırıcı bir gediş kimi də dəyərləndirmək mümkündür.

Düşünürəm ki, insan hüquqları ilə bağlı prezidentin bəyanatları həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq dairələrə ünvanlanmaq baxımından, əhəmiyyətli mesajlardır”.

Aqil Bəkir

www.yenicag.az

2677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv