Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Hamburqda minlərlə insan G20 sammitinə etiraz etdi: 74 polis yaralanıb - VİDEO

Almaniyan Hamburq şəhərində minlərlə insan G20 sammitinin keçirilməsinə etiraz edib.

Yenicag.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Böyük iyirmiliyin” sammitinə etiraz edən bir neçə qrupu dağıtmaq üçün su şırnaqlarından istifadə ediblər.

Nümayişçilərlə toqquşma nəticəsində 74 polis yaralanıb. Yaralanlardan 3-ü xəstəxanaya yerləşdirilib. Toqquşmalar nəticəsində bir neçə nəfər həbs edilib.

G20 ölkələrin sammiti 7-8 iyul tarixində Hamburq şəhərində keçiriləcək. Sammitdə beynəlxalq ticarət, inkişaf, məşğulluq, səhiyyə, iqlim dəyişikliyi, terrorla mübarizə və qaçqın böhranı kimi məsələlər müzakirə ediləcək. Etirazçılar suda və quruda, müxtəlif vasitələrlə bu sammitin keçirilməsinə etiraz edib. Etirazçılar qlobal iqlimin qorunmasını, yoxsullar və varlılar arasındakı uçurumun azaldılmasını tələb edirlər.

Yenicag.az

www.yenicag.az

429
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM