!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölkədə yalnız İrana yox, Rusiyaya, Avropaya, hətta ermənilərə işləyən casus şəbəkələri...” – Keçmiş nazir

!Reklam – Yazi

“Dövlət onları ifşa etdikcə, cəmiyyət də ətraflı məlumatlandırılmalıdır”.

Bu fikirləri ölkədə ifşa edilən xarici ölkələrin casus şəbəkələrinin fəaliyyəti haqqında cəmiyyətə dolğun məlumat verilməsinin vacibliyini önə çəkən sabiq təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Keçmiş nazir hesab edir ki, Azərbaycana qarşı fəaliyyət göstərən şəbəkələr ifşa edilərkən, onların konkret hansı əməlləri törətdikləri açıqlanmalıdır:

“Doğrudur, son əməliyyatdan sonra belə məlumat yayıldı ki, 39 casus tutulub. Amma onların hansı əməli törətdikləri, millətə və dövlətə necə xəyanət etdikləri mexanizmi açıqlanmır. Yalnız ümumi məlumatla kifayətlənirlər və buna görə də məsələyə dair geniş fikir bildirmək çətindir.

Fakt isə bundan ibarətdir ki, Azərbaycanda 39 yox, bəlkə də 30 min casus var. Bunun da 10 mini Rusiyaya, 10 mini İrana, 10 mini Avropaya, İrəvana işləyir… Yəni bu şəbəkələr mövcuddur.

Dövlət onları ifşa etdikcə, cəmiyyət də ətraflı məlumatlandırılmalıdır. Bilinməlidir ki, ifşa olunanlar kimə işləyiblər, kimdən pul alıblar, pozuculuq fəaliyyətini necə həyata keçiriblər, bunların konkretləşdirilməsi lazımdır. Belə olarsa, məsələ barəsində danışmaq da asanlaşar”.

A.Zeynalov

www.yenicag.az

1802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv