!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Heç bir rəqibdən geri qalmadıq" - Millimizin baş məşqçisi

!Reklam – Yazi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmmədin Yenicag.az-a müsahibəsi.

– Təyinatınızdan sonra hansı istiqamətdə işlər görülür?

– Əvvala onu deyim ki, bütün milli komanda məşqçiləri bir-birilə sıx əlaqədədir. Daima müzakirələr aparırıq. Bütün futbolçuları tanımağa çalışırıq. Oyunlardan sonra analizlər edirik. Bir sözlə, düzgün iş sistemi qurulub.

Komandalardakı həmkarlarımızla daima məsləhətləşirik. Çalışırıq ki, birlikdə daha faydalı işlər görək. Gələcəklə bağlı layihələrimiz var. Ölkə xaricində oynayan azərbaycanlı futbolçuları nəzarətdə saxlayırıq. Bütün bunların nəticəsi kimi, ümid edirəm, yaxşı oyunlarımız və uğurlu nəticələrimiz olacaq.

– Slovakiya keçirilən beynəlxalq turniri 4-cü pillədə başa vurdunuz. Turnirlə bağlı fikirlərinizi bilmək maraqlı olardı…

– Bizi turnirə dəvət etdikləri üçün Slovakiya Futbol Federasiyasına təşəkkür edirəm. Turnir həqiqətən də yüksək səviyyədə təşkil olunmuşdu. Komandalar bir-birindən güclü idi. Düşünürəm ki, böyük təcrübə qazandıq. Düzü, turnirdə iştirak üçün bizə təklif anidən gəldi. Rəhbərlik də qısa bir zamanda müsbət cavab verdi. Hazırlığımız da çox qısa çəkdi. Çünki çempionatının son oyunu mayın 3-də bitdi. Bizdə həmin günün sabahı hazırlığa start verdik. Mayın 7-11-i aralığında 4 görüş keçirdik. Çox sıx qrafik idi. İstər taktiki, istərsə də fiziki baxımdan heç bir rəqibdən geri qalmadıq.

Futbolçularımız çox istəkli və inamlı idi. Hər saniyə meydanda təcrübələrini daha da artırmağa çalışırdılar. Biz də bütün futbolçulara şans verdik. Millidə çalışmaq çox çətin və məsuliyyətli işdir. Gərək daima klublarla birlikdə müzakirələr aparaq, planlar quraq, hər bir futbolçunun üzərində səylə çalışaraq onu inkişaf etdirək.

– Son zamanlar aşağı yaş qrupları üzrə millilərdən əsas yığmaya futbolçu yüksələ bilmir. Bunun başlıca səbəbini nədir?

– Düşünürəm ki, iş sistemli şəkildə olmalıdır. Rəhbərlik də bu istiqamətdə işlərə başlayıb. Maksimum düzgün oyun seçimi edərək, onların üzərində səylə çalışmaq lazımdır. Bu məsələdə klubla milli komanda birgə iş görməlidir. Gənc futbolçuya inanıb onu daima oynatmaq lazımdır. Ki, qazanacaqları təcrübə sayəsində özlərini inkişaf etdirsinlər. Bizdə həqiqətən də potensialı yüksək olan futbolçular var.

Emin Səfərov

www.yenicag.az

1493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv