!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Heç olmasa, bu situasiyada ictimai rəylə hesablaşmaq lazımdır” – Hərbi ekspertdən ÇAĞIRIŞ

!Reklam – Yazi

“Xalq qəzəblidir, dövlətdən adekvat reaksiya gözləyir, ancaq XİN bu gözləntilərə əhəmiyyət vermir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Dağlıq Qarabağda keçirilən qondarma ” prezident seçkisi” və bu gün Şuşada keçirilməsi nəzərdə tutulan “andiçmə” mərasimi barədə danışan hərbi ekspert Tərlan Eyvazov deyib.

Hərbi ekspert bildirib ki, bu məsələdə əsas məsuliyyət Rusiyanın üzərinə düşür:

“Hələ Sovet vaxtından bizə deyirdilər ki, siz təmkinli olun, ermənilər bir az ərköyündülər, onları yola verin. Rusiya guya münaqişənin nizamlanmasında əsas vasitəçi olsa da, əslində, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə son qoyması üçün heç bir addım atmır.

Bu gün Şuşada keçiriləşək “andiçmə” mərasimi Azərbaycan xalqının qüruru ilə oynamaqdır, təhqir etməkdir, bizə meydan oxumaqdır. Bütün bu baş verənlərə nəzər saldıqda, müharibədən başqa heç bir yolun qalmadığı açıq görünür. Ermənistan bütün ciddi-cəhdlə “gəlin, müharibə edək”, – deyir”.

Tərlan Eyvazov Azərbaycanın separatçı rejimin son addımlarına münasibətdə sərt davranmamasının doğru olmadığını bildirib:

“Xarici İşlər Nazirliyi məsələ ilə bağlı qətiyyətli bəyanat vermək yerinə, mətbuat xidmətini rəhbəri səviyyəsində açıqlama yaymaqla kifayətlənib. Azərbaycan xalqı qəzəblidir, dövlətdən adekvat reaksiya gözləyir, ancaq XİN bu gözləntilərə əhəmiyyət vermir. Bu, belə bir ciddi məsələyə yanaşmamızın göstəricisidir.

Azərbaycan daha sərt mövqe bildirərək, ermənilərə də, beynəlxalq təşkilatlara da xəbərdarlıq etməliydi. Ancaq bunu görmədik. Yaxşı, bu qədər dövlət qurumları, hərbi arsenalımız, keçirilən təlimlər nədən ötrüdür? Heç olmasa, bu situasiyada ictimai rəylə hesablaşmaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

1122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv