!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həll olunmayan marşrut PROBLEMİ: "Bizdə nəqliyyatla bağlı əlaqələndirici bir struktur yoxdur" - ETİRAZ

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, əhali Xocasən ərazisindəki avtobusların çox ləng işləməsi ilə bağlı şikayət edib. Belə ki, oradan digər qəsəbələrə getmək üçün ən azı 1 saat marşrut gözləmək lazımdır. BNA-nın mətbuat katibi Mayis Ağayev saytımıza bildirdi ki, bu problem ilə bağlı kifayət qədər işlər görülüb, əgər sərnişin tələbatı olarsa, yeni addımlar atılacaq.

Bəs yeni işlər görülübsə, niyə hələ də şikayətlər var?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yeni stansiya açılmazdan əvvəl birgə qərar verilməli idi:

“Həm “Bakı Metropoliteni”, həm də BNA müzakirə aparmalı və bu məsələləri tənzimləməli idi. Vaxtında daşıyıcı şirkətlər yığılıb diskussiya aparsaydı, təzə stansiyanın açılması ilə bağlı təklif verilsəydi, indi belə problemlər yaşanmazdı. Təəssüf ki, bizdə nəqliyyatla bağlı əlaqələndirici bir struktur yoxdur. Ona görə də hərə öz bildiyini edir. Nəticədə bu cür əcaib mənzərələr ortaya çıxır. Bu problemlərin həlli üçün qabaqcadan düşünmək lazım idi. Amma yenə də gec deyil. Sistemi yenidən qursalar, insanların ictimai nəqliyyata marağı artar. Vətəndaşlar hələ də manatlıq taksilərdən istifadə edirlər. Onda bu metro nəyə lazımdır ki?”.

Şahanə Paşa

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv