!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Əliyevin açdığı UĞUR YOLU: “Cismən yanımızda olmasa da, ruhən hər zaman...”

!Reklam – Yazi

“Ulu Öndərin adına Türkiyədə, Qazaxıstanda, Özbəkistanda və başqa türk dövlətlərində küçələr, parklar, meydanlar salınıb”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Ulu Öndər Heydər Əliyevin Türk dövlətlərinin bir araya gətirilməsində göstərdiyi xidmətlərdən bəhs edən şair-publisist Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin bütün türk dünyasında rəğbətlə anılmasının və sevilməsinin səbəbi məhz liderlik bacarığı və gördüyü işlərdir:

“Heydər Əliyevin hakimiyyət dövrünü iki hissəyə – SSRİ və müstəqil Azərbaycan dövrlərinə ayırmaq olar. Ulu Öndər hər zaman ürəyi döyündüyü Azərbaycan üçün əlindən gələni edib. Beynəlxalq tribunalardan hər zaman öz xalqının, millətinin, vətəninin dərdini səsləndirib. Bir milyona yaxın qaçqını, işğal altında olan torpaqlarımızı daim düşünüb.

Hər il olduğu kimi, bu il də müstəqilliyimizin bərpasının növbəti ildönümünü qeyd etdik. Lakin bu il keçmişlərdən çox fərqli idi. Bu il Azərbaycan öz ərazilərində suverenliyini tam olaraq bərpa etdi. Artıq müstəqillik gününü qeyd edərkən üzümüz-gözümüz gülür.

Bu sevinci bizə yaşadan Heydər Əliyevin açdığı yolu davam etdirən Prezident İlham Əliyevdir. Uğurumuz, uğur yolumuz məhz Ulu Öndərin adı ilə bağlıdır. Cismən yanımızda olmasa da, ruhən hər zaman yanımızda olan Ümumilli Lider də xoşbəxtdir. Heydər Əliyev türk dünyası üçün əziz liderdir. Hər kəs başçı ola bilər, lakin hər kəs lider ola bilməz.

Heydər Əliyevin adına Türkiyədə, Qazaxıstanda, Özbəkistanda və başqa türk dövlətlərində küçələr, parklar, meydanlar salınıb. Onun bütün türk dünyasında rəğbətlə anılmasının, xatırlanmasının, sevilməsinin səbəbi məhz liderlik bacarığı və gördüyü işlərdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv