!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı beynəlxalq konfrans keçirildi – FOTOLAR / VİDEO

!Reklam – Yazi

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı beynəlxalq konfrans təşkil olunub.

Yenicag.az xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi, millət vəkilləri, QHT sektorunun və ictimaiyyət nümayəndələri, türk dövlətlərinin Bakıdakı səfirlikləri, o cümlədən Türk dünyası ilə bağlı Bakıda nümayəndəlikləri olan beynəlxalq qurumların təmsilçiləri və media nümayəndələrinin qatıldığı tədbiri Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri giriş nitqi ilə açıq elan edib.

Konfransın əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə şair-publisist Əkbər Qoşalı, ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) keçmiş xarici işlər naziri Qüdrət Özərsay, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Prof.Dr. Ramazan Taşdurmaz, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Özbəkistanın İstanbuldakı keçmiş baş konsulu Abror Qulyamov, sabiq hərbi attaşe Yücəl Qarauz, Əməkdar jurnalist Azər Həsrət, millət vəkili Vüqar İskəndərov, Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Siyasət elmi və dövlət idarəçiliyi üzrə müəllimi Prof.Dr. Alpər Özmən, Qazaxıstanın və Azərbaycanın Yazıçılar Birliyinin üzvü Nəsihə Gumarqızı çıxış edib.

Konfransda söz verilən Qazaxıstanın Bakıdakı səfiri Alim Bayel Ulu Öndər Heydər Əliyevin Türk dünyası qarşısında xidmətlərindən danışaraq qeyd etdi ki, hazırda türk coğrafiyasında Heydər Əliyevlə yanaşı, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin atası, görkəmli yazıçı Kemel Tokayevin 100 illiyi təntənə ilə qeyd olunur.

Qüdrət Özərsay çıxışında bildirdi ki, Heydər Əliyev öz nəhəng fəaliyyəti ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün əlverişli zəmin formalaşdırdı və həmin siyasət yekunda öz bəhrəsini verib.

Ulu öndərin fəaliyyətini dəyərləndirən Orxan Həsənoğlu Heydər Əliyevin Türk dünyasının inkişafına və birliyinə verdiyi misilsiz töhfələrdən bəhs edərək, indiki geosiyasi proseslərdə Türk dövlətləri arasında birliyin gücləndirilməsinin vacibliyini önə çəkib.

Millət vəkili Vüqar İskəndərov çıxışında Ümumilli Lider Heydər Əliyevin hər zaman beynəlxalq kürsülərdən Qarabağ problemini gündəmə gətirdiyini, münaqişənin həlli üçün canını ortaya qoyaraq hər zaman xalqı üçün çalışdığını bir sayğı ilə xatırladıb.

Tədbirdə çıxış edən Prof.Dr. Ramazan Taşdurmaz Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərində hər zaman “Bir millət, iki dövlət” prinsipinə əsaslandığını vurğulayıb. O, hazırda türk dövlətlərinin bir-biri ilə daha sıx yaxınlaşdığını və həmin prinsipin artıq “Bir millət, yeddi dövlət”i əhatə etdiyini deyib.

Əməkdar jurnalist Azər Həsrət bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi nəinki Azərbaycanda, bütün türk dünyasında geniş qeyd olunur, onun xatirəsi hörmətlə anılır.

Konfransda həmçinin Özbəkistanın İstanbuldakı keçmiş baş konsulu Abror Gulyamovun, Türkiyənin Eskişehir Osmanqazi Universitetinin professoru Alper Özmenin, Qazaxıstan və Azərbaycan Yazıçılar birliklərinin üzvü Nəsihə Gumarqızının videoçıxışları nümayiş etdirildi.

Tədbirin ikinci hissəsində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihə çərçivəsində keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı və onlara xatirə hədiyyələri təqdim edilib.

Konfransa CASCFEN-in sədri Nadir Azərinin nitqi ilə yekun vurulub.

Qeyd edək ki, QHT Agentliyinin “Heydər Əliyev ili” çərçivəsində gerçəkləşdirilən bu layihə özündə bir sıra istiqamətləri ehtiva edir. Həmin istiqamətlər üzrə bu günə qədər müvafiq iş planına əsasən, bütün zəruri addımlar atılıb.

 

Nəsimi Ələsgərli

Samir Mehdiyev

 

www.yenicag.az

2910
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv