Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Hitlerin alt paltarı satışa çıxarıldı - Fantastik qiymətə  

Milyonlarla insanı qətl edən nasist Almaniyasının lideri Adolf Hitlerin əşyaları ABŞ-ın Mariland bölgəsində satışa çıxarılacaq.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Hitler 1938-ci ildə qaldığı “Parkhotel Qraz”da alt paltarını unudub. Otelin sahibi babasının saxladığı alt paltarını satmağa qərar verib. Lakin o, babasından qalan bu qeyri-adi miras üçün nə az-nə çox minimum 4000-5000 dollar tələb edir.

Qeyd edək ki, Hitlerin “Mənim mübarizəm” adlı kitabı 20 000 dollara, dünya xəritəsi 100 000 dollara satışa çıxarılacaq. Bundan əlavə, üzərində diktatorun inisialı toxunmuş köynək, kokteyl stəkanları və sevgilisi Eva Braunun çətiri də hərraca qoyulacaq.

www.yenicag.az

1403
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM