Reklam

Reklam

Ötən gün “İpək Yolu” jurnalı və “İpək Yolu” Strateji Araşdırmalar Mərkəzinin iş birliyinin nəticəsi olan 14-cü “İlin altın adamı” mükafatının builki təqdimetmə mərasimi baş tutub.

Yenicag.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən təltifetmə mərasimində qardaş ölkənin dövlət rəsmiləri, QHT rəhbərləri, media qurumlarının rəhbərləri, tanınmış dövlət və ictimai xadimlər, mədəniyyət nümayəndələri iştirak ediblər.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəhbəri Hüseyin Büyükfırat Azərbaycanda ilin iş adamı elan olunub. Bu münasibətlə iş adamı “İlin altın adamı” mükafatına layiq görülüb.

Hüseyin Büyükfıratla yanaşı, “İlin Altın Adamları Mükafatlandırma Mərasimi”ndə ölkəmizdən Azərbaycanın Serbiya, Bosniya-Hersoqovina və Çernoqoriya səfiri Eldar Həsənov, “Star” qəzetinin köşə yazarı və şərhçisi Sevil Nuriyeva, Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər, modelyer Gülnarə Xəlilova, telejurnalist Lətafət Ələkbərova, iş qadını Aynur Əliyeva da təltif olunublar.

Qeyd edək ki, nüfuzlu “İlin altın adamları” mükafatı artıq 14-ci ildir ki, seçilmiş şəxslərə təqdim olunur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1363
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."