Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Eldar Həsənovun vəziyyəti ağırlaşdı: Gəzə bilmir - Baş Prokurora müraciət EDİLDİ

Ötən gün səhər saatlarında DTX-nin Hərbi Hospitalında saxlanılan keçmiş baş prokuror və səfir Eldar Həsənov növbəti dəfə huşunu itirərək yıxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Eldar Həsənovun vəkili Cavad Cavadov məlumat yayıb.

Vəkil qeyd edib ki, sabiq səfir artıq sərbəst halda gəzə bilmir:

“08 avqust 2021-ci il tarixdə səhər saatlarında Eldar Həsənov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti dəfə başgicələnmə nəticəsində huşunu itirmiş və üzü üstə yerə yıxılmışdır. Bunun nəticəsində bədənində təhlükəli olmayan zədələr yaranmış, xoşbəxtlikdən başından hər hansı zədə almamışdır. Tibbi yardım göstərilsə də, başgicələnmələr 15-20 dəqiqə ərzində dayanmamışdır və həkimlər bunun həyəcanverici siqnal olduğunu bildirmişlər.

Həmin gün saat 11-30 radələrində mənimlə və müstəntiqlə görüşə Eldar Həsənovu artıq əlil arabasında gətirilmişdir. Özünün bildirdiyinə görə, həkimlər onun bu vəziyyətdə artıq sərbəst (hətta çəliklə belə) hərəkət etməyi israrla qadağan edirlər.

Bax beləcə vaxtında tibbi yardım göstərilməməsinə görə, insanın bu duruma salınmasının şahidi olduq.

Baş Prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbsiz davam etdirilməsi üçün yeni vəsatət ünvanladıq.

Çox ümid edirəm ki, heç olmasa bu müraciətə müsbət yanaşılacaq və növbəti dəfə “Eldar Həsənovu artıq itirdik” statusunu yazmalı olmayacam.

Heç bir şişirtmə olmadan bildirirəm ki, hər şey ona doğru gedir”.

www.yenicag.az

394
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100