Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İdlibdə yaralanan türk əsgəri vəfat edib

Türkiyə ordusunun “Bahar qalxanı” hərəkatı çərçivəsində Suriyanın İdlib bölgəsində keçirdiyi antiterror əməliyyatı zamanı yaralanan əsgəri vəfat edib.

Bu barədə Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd edilir ki, Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq, yaralı əsgərin həyatını xilas etmək mümkün olmayıb. O, dünən dünyasını dəyişib.

Qeyd edək ki, hadisə aprelin 26-da baş verib. Terrorçular İdlibdə Türkiyə əsgərlərinə hücum ediblər. Nəticədə bir hərbçi yaralanıb.

www.yenicag.az

342
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100