Reklam: High Technic
hightechnic

İlin ən yaxşı futbolçusu kim olacaq? - FİFA namizədləri açıqladı

Reklam: Sinerji Pro

FIFA 2018-ci ilin ən yaxşısı olmağa namizəd olan 3 futbolçunun adını açıqlayıb.

Yenicag.az xəbər verir ki, Lionel Messi 2006-cı ildən bu yana ilk dəfə 3 namizəd arasına girə bilməyib.

Namizədlərə gəlincə, bunlar Kriştiano Ronaldo, Məhəmməd Salah və Luka Modriçdir.

“İlin ən yaxşı baş məşqçisi” nominasiyası uğrunda isə üç dəfə “Real”la Çempionlar Liqasını qazanan Zinəddin Zidan, Fransa millisini dünya çempionu edən Didye Deşamp və Xorvatiya yığmasını mundialın finalına çıxaran Zlatko Daliç mübarizə aparacaq.

“İlin qapıçısı” nominasiyasında isə Fransa millisinin və “Tottenhem”in qolkiperi Huqo Loris, “Lester”dən Kasper Şmeyxel və “Real”ın belçikalı əlcək sahibi Tibo Kurtua yarışacaq.

Qadınlar arasında namizədlər isə norveçli Ada Heqerberq, almaniyalı Dzsenfier Mazroszan və braziliyalı Martadır.

İlin ən yaxşı qoluna verilən Puskas mükafatı uğrunda isə Kriştiano Ronaldo, Rikardo Kuarejma, Məhəmməd Salah, Qaret Beyl, Benjamin Pavard, Lionel Messi, Riley MkGree, Giorgian de Arraskaeta, Denis Çerişev və Lazoros
Çristodoulopoulos yarışacaq.

Qeyd edək ki, mükafatlandırma mərasimi sentyabrın 24-də, Londonda baş tutacaq.

www.yenicag.az

1285