!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayə mənzil bazarında BAHALAŞMA: Qiymətlər nə zamanadək yüksək olacaq? - Ekspert AÇIQLAYIR

!Reklam – Yazi

“Birotaqlı kirayə evlər 600 manat, ikiotaqlılar 800 manat, üçotaqlılar isə 1200-1500 manat civarındadır”.

Bu sözləri kirayə mənzil bazarındakı mövcud vəziyyəti dəyərləndirən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, hər il yeni tədris ilinin başlanğıcında kirayə mənzillərlə bağlı ciddi problem yaşanır. Ötən ildən fərqli olaraq, bu il qiymətlər pik səviyyəyə çatıb:

“Əvvəllər köhnə tikililərdə birotaqlı mənzilin qiyməti 250 manat idisə, bu il qiyməti 300 manatdan aşağı deyil. İkiotaqlı kirayə mənzillərin qiyməti 350 manatdan, üçotaqlılar isə minimum 450-500 manatdan başlayır. Birotaqlı kirayə evlər 600 manat, ikiotaqlılar 800 manat, üçotaqlılar isə 1200-1500 manat civarındadır. Yeni tikili binalarda isə qiymətlər kvadratmetrə uyğun olaraq, bir otaq üçün 400 manat, iki otaq üçün 600 manat, üç otaq üçün 1000 manatdan başlayır. Yəni bir kvadratmetrin təxmini qiyməti 15 manat təşkil edir. Son 10 ildə kirayə mənzillərin qiymətinin ən yüksək həddi bu il yaşanır. Bunun bir sıra səbəbləri var. Yeni tədris ilinin başlaması ilə sanki kirayə bazarına bir ordu daxil olur. Çünki yay aylarında istirahətə gedən köhnə tələbələr də geri qayıdırlar. Bir çox ali və orta ixtisas təhsil ocaqlarında yataqxananın olmaması və ya yataqxanalarda hələlik məcburi köçkünlərin məskunlaşması tələbələri çətin vəziyyətə salıb. Ona görə də tələbələr çıxış yolunu kirayə mənzil axtarmaqda görürlər.

Digər tərəfdən, Bakıda yerləşən bir sıra köhnə binaların sökülməsi və yenilərin hələ hazır olmaması kirayə mənzil bazarına təsirsiz ötüşmür. Pandemiya dövründə günlük kirayə verilən mənzillər də artıq aylıq kirayə verilən mənzillər sırasından çıxıb. Buna səbəb ölkəyə turistlərin gəlməsidir. Bununla yanaşı, iş və xidmətlərin, tikinti materiallarının qiymətinin bahalaşması birbaşa olaraq mənzillərin qiymətinin artmasına təsir göstərib. Ümumiyyətlə, əmlak bazarında qiymətlərdə artım müşahidə olunur. Güman ki, bu artım oktyabr ayına kimi davam edəcək. Oktyabr ayından sonra isə stabilləşmə yaşanacaq. Kirayə evlərin tapılması ilə bağlı problem isə bazardakı tələb və təklifə bağlıdır. Bunun qarşısını almaq üçün yalnız yeni binalar təhvil verilməlidir. Bu, bir il ərzində həll oluna biləcək məsələ deyil. Azərbaycanda artım sürətinin kəskin olması hər il mənzilə olan tələbatı artırır”.

Gülşən Şərif

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv