!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

!Reklam – Yazi

“InvestAZ” İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Yenicag.az həmin məlumatı təqdim edir:

EUR

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir. Təhlillərə əsasən, EUR/USD məzənnəsi də 1.14$-a ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, 1.15$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatları da investorların diqqət mərkəzindədir.

GBP

GBP/USD məzənnəsi də bahalaşmaqdadır. 1.28$-a təklif edilən funt sterlinqin dünya birjalarında qiyməti, bu səviyyənin üzərində qaldıqca, 1.30$-a kimi bahalaşa bilər.

İngiltərə höküməti ilə Avropa Birliyi arasında razılaşdırılan Breksit sazişinin çərşənbə axşamı parlamentdə səs verməyə çıxarılması da böyük maraqla gözlənilir və nəticələr dünya birjalarında böyük dalğalanmaya səbəb olacaqdır.

TRY

Türkiyə maliyyə bazarlarında isə dolların bahalaşması müşahidə edilməkdədir. 5.48TL-yə ticarət edilən USD/TRY məzənnəsi, 5.51TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.63TL-yə kimi də bahalaşa bilər.

Türkiyə Mərkəzi Bankının çərşənbə günü açıqlayacağı faiz qərarı da investorlar tərəfindən böyük maraqla gözlənilir.

OIL

Avropanın Brent markalı neftinin qiyməti 63$-a kimi bahalaşdıqdan sonra korreksiyaya başlayıb. Lakin qiymət yendiən 61$-ı yuxarı istiqamətdə qırarsa, 64$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin yüksək qalmasına səbəb olur. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1298$-ı (41.7 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1326$-a (42.6 $/qram) kimi də dəyər qazana bilər.

www.yenicag.az

5472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv