!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisad Universitetində təyinat - Yeni prorektorun adı açıqlandı

!Reklam – Yazi

Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Anar Rzayev UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsinə təyin olunub.

Universitetdən Yenicag.az-a verilən məlumata görə, Anar Yaşar oğlu Rzayev 1973-cü ildə anadan olub. Bakalavr təhsilini Xəzər Universitetində alıb. “ACTP” tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskvada qalib gələrək təhsilini ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində davam etdirib.

Dosent A.Rzayev bu vəzifəyə qədər UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru olub.

Rəhbərlik etdiyi dövrdə Beynəlxalq İqtisadiyyat Məktəbi II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər arasında ən populyar fakültə kimi tanınıb. 2 il ard-arda DİM-in qəbul imtahanlarından 700 bal toplayan abituriyentlər məhz Beynəlxalq İqtisadiyyat Məktəbini seçiblər. 2017/18-ci tədris ilində II ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 23 gəncin 17-si hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində təhsil alır.

A.Rzayev UNEC-in “Beynəxalq iqtisadiyyat” (ingilis dilində) kafedrasının dosentidir. Azərbaycan, ingilis, rus və fars dillərini mükəmməl bilir.

www.yenicag.az

1405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv