!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisadiyyatda yeni qiymətləndirmə TƏKLİFİ: “Qanun layihəsinin hər hansı əsaslandırma olmadan...”

!Reklam – Yazi

“İqtisadiyyatda hər hansı yeni tənzimləmə müəyyən edilirsə, onun əsaslandırılmasına ehtiyac duyulur”.

Bu fikirləri “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsinə münasibət bildirən iqtisadçı Elçin Rəşidov Yenicag.az-a açıqlamsında deyib.

Onun sözlərinə görə, adıçəkilən qanun layihəsində təklif olunan yeni tənzimləmə qaydaları mütləq əsaslandırılmalıdır:

“Mövcud qanun layihəsi qiymətləndirmə sahəsində olan tənzimləmələri bir az mürəkkəbləşdirir və bürokratiyanı gücləndirir. Ona görə də bu sahədə olan translyasiya çətinləşir, vaxt, eləcə də maddi və enerji itkisinə gətirib çıxarır. Qiymətləndirmə prosesi ümumilikdə sığorta əməliyyatları zamanı sığorta şirkətlərinə, kredit verilərkən sifarişçi qismində çıxış edən banklara daha çox lazım ola bilər.

“Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinə yönəlik səsləndirilən müsbət fikirlər əsaslandırılmayıb. Digər tərəfdən, qanun layihəsindəki yeni tələblər əlavə tənzimləmə yükü yaradır. İqtisadiyyatda hər hansı yeni tənzimləmə müəyyən edilirsə, onun əsaslandırılmasına ehtiyac duyulur. Çünki adıçəkilən qanun layihəsi yeni bir tənzimləməni təklif edir. Bu isə mütləq əsaslandırılmalıdır.

Bir məqamı da təəssüflə qeyd etmək lazımdır ki, parlamentdə yetərli iqtisadi səriştə olmadığı üçün həmin layihə böyük ehtimalla, qəbul ediləcək. Yəni layihələrin müzakirəsində doğru suallar əsasında düzgün cavablar axtarmağa çalışmırlar. Nəticədə isə yanlış qərarlar qəbul edilir. Haqqında danışdığımız layihə də onlardan biri olacaq. Bunun zərərini isə ümumilikdə iqtisadiyyat və iqtisadi subyektlər çəkəcək”.

Yusif Səmədzadə

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv