Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İran BƏƏ-nin neft tankerini saxladı

İran sərhədçiləri Fars körfəzində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus yanacaq tankerini saxlayıb.

Yenicag.az xəbər verir ki, məlumatı İranın İSNA agentliyi yayıb.

Bildirilib ki, tanker 250 min litr qaçaq dizel daşımaqda ittiham edilərək saxlanılıb. Gəmidə olan 11 nəfər həbs edilib.

Qeyd edək ki, sentyabrın 7-də Fars körfəzində İran daha bir xarici gəmini saxlayıb. Saxlanılan gəminin üzvləri Filippin vətəndaşları olub. 12 üzvü olan gəmidən 283 900 litr qaçaq yanacaq müsadirə olunub.

www.yenicag.az

2609
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM