Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İran “Boinq”dən 60 təyyarə alacaq

İranın “Aseman” aviasiya şirkəti ilə “Boinq” şirkəti arasında 60 ədəd təyyarənin alınmasına dair anlaşma memorandumu imzalanıb.

Yenicag.az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, bu gün imzalanmış memoranduma əsasən, “Aseman” şirkəti alacağı 30 təyyarənin pulunun 5 faizini nağd , 95 faizini maliyyə prosesi ilə ödəyəcək.

“Boinq” şirkəti ilə “Aseman” şirkəti arasında imzalanmış anlaşma memorandumda qeyd olunub ki, İran şirkəti 3 milyard dollar dəyərində 30 ədəd “Boinq 737 max” tipli təyyarə alır və daha 30 təyyarənin alınması hüququ əldə edir.

“Aseman” aviasiya şirkətinin baş direktoru Hüseyn Əlayi imzalanma mərasimindən sonra deyib ki, ilk təyyarə 2020-ci ildə təhvil veriləcək.

Onun sözlərinə görə, 2020-2024-cü illərdə bütün təyyarələr İrana satılacaq.

Yenicag.az

www.yenicag.az

760
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100