!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran ittihamlara cavab verdi: "Dünya müharibəsində olduğu kimi, ABŞ özü edib"

!Reklam – Yazi

İran Oman körfəzində neft tankerlərinə edilən hücumlarda təqsirləndirilməsinə münasibət bildirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İran Məşvərət Şurasının spikeri Əli Ərdəşir Laricani  parlamentin iclasında çıxış edərkən ittihamları şərh edib.

“Bu ittihamlar iqtisadi sanksiya və məhdudiyyətlərin davamıdır. Sanksiyalar vasitəsi ilə öz məqsədlərinə çata bilmədilər, indi bu yollarla İrana zərbə vurmağa çalışırlar”, – deyə Laricani bildirib.

Ardınca Laricani hücumun ABŞ-ın özü tərəfindən təşkil edilmə etimalının olduğunu da qeyd edib:

“Buna bənzər bir hadisə II Dünya müharibəsi zamanı baş vermişdi. ABŞ etdiklərinə haqq qazandırmaq üçün Yaponiya sahillərində öz gəmilərinə hücum etmişdi”.

www.yenicag.az

1431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv