Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İran son 40 ilin ən çətin günlərini yaşayır - Ölkə prezidentindən açıqlama

İran prezidenti Həsən Ruhani hazırda ölkəsinin çox çətin günlər yaşadığını deyib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, o, açıqlamasında bunları qeyd edib:

“İnqilabdan bu yana ən ağır günləri və ayları yaşayırıq. İndiyə qədər heç vaxt neft satışında və neft tankerinin hərəkətində bu qədər problemlə üzləşməmişdik. Çünkü 2011-2012-ci illərdə İrana qarşı sanksiyalar tətbiq ediləndə neft satışı 1 milyona barelə endi. Ancaq nüvə razılaşması imzalandıqdan sonra yenidən 2 milyon 800 min barelə yüksəldi. İqtisadiyyat haqqında heç nə bilməyənlər deyirlər ki, nefti satmasaq da olar. Sonra yenidən satarıq. Bunu heç bir məntiqə sığmaz. Qapıları bağlamaq yox, açmağın hünər olduğunu hər kəs idrak etməlidir”.

www.yenicag.az

231
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM